Əl və ayaqlarda keyimə, qıcolma və tikanbatma hansı xəstəlikdən xəbər verir? - Nefroloq
25.06.2021 14:44

Əl və ayaqlardakı tikanbatmalar şübhəsiz bədəninizdəki hər hansı başqa xəstəlikdən xəbər verir. Bu əlamətlər əsasən şəkərli diabet, B12 vitamini azlığı və tiroid pozğunluqları zamanı özünü göstərir.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-nefroloq Barat Yusubov məlumat verib. Həkimin sözlərinə görə, davamlı olan, bəzən şiddətlənən, bəzən yavaşlayan əl və ayaq keyimələri zamanı mütləq həkim müayinəsi aparılmalıdır. Ümumi olaraq əl və ayaqlardakı keyimə nevropatiya adlanan sinirlərin zədələnməsi ilə yaranan xəstəliklərdən qaynaqlanır. Bu da, genetik olaraq, bəzi viruslara, immun sisteminin fərqli çalışmasına, şəkərli diabet, guatr, böyrək və ya qaraciyər çatışmazlığı kimi xəstəliklərə və ya B12 vitamini, fol turşusu kimi bəzi maddələrin əksikliyinə bağlı olaraq yarana bilər.

 

Diabet: Diabetin kontolsuz olması və başlama müddəti nevropatiya üçün çox vacib faktordur. Şəkərli diabetdə əl və ayaqda keyimə, ağrı tikanbatma kimi şikayətlər ön planda olur.

 

Tiroid pozğunluğu: Tiroid hormonunun səviyyəsindəki artma vəya azalma nevropatiyaya səbəb ola bilər. Burada da hormon səviyyəsinin uzun müddət pozulmuş halda qalması şikayətlərə səbəb olur.

 

Böyrək çatışmazlığı: Böyrək çatışmazlığı nəticəsində qanda sinirlər üçün toksik olan bir miqdar maddələrin yığılması nəticəsində şikayətlər ortaya çıxır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev