Köp və onun ÇARƏLƏRİ - Həkim-fitoterapevt
24.06.2021 21:37
İlk köpmə yenidoğulmuşlarda baş verir. Yenidoğulmuşlarda bağırsaq mikroflorası olmadığından onlara hər şey yedirtmək olmaz. Yeməkdən əvvəl şüyüd, razyana, cirə, zirə kimi bağırsaqların hərəkətini artıran bitkilərin dəmləməsini vermək lazımdır. Yaxşı olar ki, bu məqsədlə sintetik dərmanlardan istifadə edib, uşaqları zəhərləməyəsiniz.
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov sosial şəbəkədə məlumat verib.
O, qeyd edib ki, yenidoğulmuşlarda köpün əsas əlaməti qarında sancıların olmasıdır. Sancını azaltmaq üçün 2 xörək qaşığı nanə yarpağı 100 qram zeytun yağına əlavə edilib ağzı kip bağlanılır, adi sobanın və ya qızdırıcının üstündə 2 həftə saxlanıb süzülür (təxminən 45-50 dərəcə temperaturda). Alınmış nanə yağı ilə qarın nahiyəsini üstdən aşağı və dairəvi şəkildə saat əqrəbi istiqamətində yavaş-yavaş masaj etmək lazımdır.
Böyüklərdə köpmə
Köpdən əziyyət çəkənlər əvvəlcə həyat tərzini dəyişməli, çox gəzməli, salatları, göyərtiləri, həmçinin meyvələri də əsas xörəkdən yarım saat əvvəl yeməlidir. Əgər nəticə olmasa həkimə müraciət edib köpün səbəbini dəqiqləşdirməlidir.
Bağırsaqlarda köp olmasının bir neçə səbəbi vardır. Məsələn, fermentativ aktivliyin aşağı olması – bu, öd ifrazının azalması və ya mədəaltı vəzin fəaliyyətinin zəifləməsi nəticəsində baş verir. Bu zaman ödqovucu təsir göstərən və tərkibində inulin olan dərman bitkilərindən dəmləyib içmək lazımdır:
Dağtərxunu – 100 qram
Andız kökü – 100 qram
Udi hindi – 100 qram
Qızılçətir otu – 50 qram
Bu bitkiləri bir-birinə qarışdırın, qarışıqdan 2 xörək qaşığı üç stəkan suda termosda dəmləyin və gündə 3 dəfə yeməkdən əvvəl bir stəkan için, acı olsa bal əlavə etmək olar.
Köpmə bəzən mədə mənşəli ola bilir, belə ki, yemək yeyilir, amma normal həzmə getmir, sanki mədədə yığılıb qalır. Bu çox hallarda mədədə turşu ifrazının azalması zamanı baş verir.
Zəncəfil – 100 qram
Kəcəvər – 100 qram
Yovşan – 100 qram
Zəyərək – 100 qram
Bitkilər yuxarıdakı formada dəmlənib içilir.
Köpmə halı daha çox bağırsaq mənşəli də olur, bağırsaqların hərəki fəallığının azalması nəticəsində baş verir. Bu zaman iti addımlarla gəzmək lazımdır. Gündə 5 km yerimək bağırsaqları işləməyə məcbur edir, həmçinin tərkibində efirli birləşmələr olan dərman bitkiləri də bağırsaqların hərəki fəaliyyətini artırır.
Cirə toxumu 100 qram
Razyana toxumu 100 qram
Qaraqınıq otu 100 qram
Pişikotu kökləri 100 qram
Gəcəvər kökü 100 qram
Bitkilərin hərəsindən 100 qram bir-birinə qarışdırın, qarışıqdan 2 xörək qaşığı üç stəkan suda dəmləyin, yeməkdən əvvəl bir stəkan için.
Azərbaycanın bəzi regionlarında Ordubadda, Şəkidə, Ağdaşda, Gəncədə, Bakıda müxtəlif ətirli bitkilərin ərağını yəni efirli distillatını yəni bitkilərin ərağını alırlar (bunun üçün bitkilər dəmlənilir, sonra qaynadılır buxalanan buxarı suya çevirməklə distillat alınır. Distillat məqsədilə boymadərən, nanə, ballınanə, kəklikotu kimi bitkilərdən istifadə edilir. Bitki ərğından yemək zamanı 1 xörək qaşığı 1 stəkan suya qarışdırıb içmək yeyilən yeməyin köp verməsinin qarşısını alır.
Bəzi hallarda ağır yük götürən zaman mədə-bağırsaq müsariqəsi sallanır, bu da bağırsaqların fəaliyyətinin ləngiməsinə və köpə səbəb olur. Xəstə əlini mədəsinin və ya bağırsağının üstünə qoyanda, sanki ürəyi orda vurur. Bu zaman qarın nahiyəsi aşağıdan yuxarıya adi günəbaxan yağı ilə masaj olunur və möhkəm bağlanır. Bunu gündə 1 dəfə olmaqla bir həftə etmək lazımdır.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

