Naxçıvanın Gigiyena və Epidemiologiya Mərkəzi müasir tələblərə cavab verir  
24.06.2021 19:42

İyunun 24-də Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin yeni binası istifadəyə verilib.

 

Aztibb.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

 

Bina ilə tanışlıq zamanı məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan mərkəzdə 35 iş otağı, 6 laboratoriya, 1-i elektron lövhəli olmaqla, 2 sinif otağı, elektron lövhəli 72 yerlik iclas zalı, anbar və yardımçı otaqlar vardır. Burada gigiyena, epidemiologiya, xüsusi təhlükəli infeksiyalar və ümumi laboratoriya olmaqla, 4 şöbə, təşkilati-metodik və ictimai sağlamlıq, sanitar karantin və dezinfeksiya bölmələri və xüsusi təhlükəli virusoloji, xüsusi təhlükəli bakterioloji, parazitoloji, toksikoloji, ümumi bakterioloji-seroloji, ümumi sanitariya laboratoriyaları fəaliyyət göstərir.

 

Mərkəzə polimeraz zəncirvari reaksiya cihazları, mikrobioloji laminar dolabları, termostatlar, vorteks, termoşeyker, mikrosentrufuqalar, lüminissent və binokulyar mikroskoplar, quru hava sterilizatorları, qaz və maye xromatoqrafları, spektrofotometr, fotoelektrokolorimetr, radiyasianın təyini cihazı, suyun və südün keyfiyyət analizatorları və digərləri olmaqla, ümumilikdə 66 adda 156 sayda müxtəlif müasir tibbi cihazlar verilib. Həmçinin sterilizasiya üçün avtoklavlar, bakeriosit lampalar, dezinfeksiya kamerası və laborator avadanlıqları yuma və dezinfeksiya cihazı alınıb. Peyvəndlərin saxlanılması üçün isə soyuducu kameralar və dondurucu quraşdırılıb, xlor, xloramin, didifos, deltametrin, bromosept, larviol ehtiyatı yaradılıb, dezinfeksiya, dezinseksiya və digər tədbirlər üçün ehtiyac olan birdəfəlik işçi kombinizonlar, eynək, filtirli maska, çəkmə və 60 avtoçiləyici verilib.

 

Zirzəmidə dezinfeksiya bölməsi işçiləri, anbardar, peyvənd saxlama, qidalı mühit hazırlama, sterilizasiya, iclas zalı, anbar, camaşırxana, yeməkxana, qazanxana və elektrik otaqları yerləşir. Mərkəzə fiber-optik xətt çəkilib, elektron sənəd dövriyyəsi sisteminə qoşulub, 16 masaüstü kompüter, 8 printer və avtomobillər alınıb.

 

Mərkəzə baxışdan sonra iclas zalında tədbir keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib ki, əhalinin sağlamlığının qorunmasında gigiyena və epidemiologiya tədbirlərinin mühüm əhəmiyyəti vardır. Müstəqillik illərində muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarının tərkib hissəsi kimi bu məsələ diqqətdə saxlanılmış, cəmiyyətin əsas sağlamlıq göstəricisi olan sanitariya mədəniyyəti formalaşdırılmışdır. Naxçıvan Muxtar Respublikasında dövlət sanitariya nəzarəti Gigiyena və Epidemiologiya Mərkəzi və onun 7 rayon şöbəsi tərəfindən həyata keçirilir. Ötən dövrdə mərkəzin fəaliyyəti təmin edilmiş, rayon şöbələri üçün müasir iş şəraiti yaradılmış, yeni ştat strukturu təsdiq olunmuşdur. Hazırda mərkəz və onun rayon şöbələri, ümumilikdə, 316 ştat vahidi ilə fəaliyyət göstərir. Gigiyena və epidemiologiya sahəsində kadr hazırlığı da diqqətdə saxlanılmış, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində müvafiq ixtisas açılmış, bu günədək həmin ixtisasın 100-dən artıq məzunu olmuşdur. Dünyada yayılan virusun muxtar respublikada epidemiyadan pandemiyaya çevrilməməsi də məhz bu sahədə həyata keçirilən kompleks tədbirlərin nəticəsidir.

 

Ali Məclisin Sədri bildirib ki, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi bundan sonra da fəaliyyətini günün tələbləri səviyyəsində qurmalı, fəsillərə uyğun fəaliyyət proqramı hazırlanaraq təsdiq olunmalı, yerlərdə mütəmadi dezinfeksiya işləri aparılmalıdır.  O, qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin yeni binasının istifadəyə verilməsi və avtomobillərin təqdimatı münasibətilə tədbir iştirakçılarını və mərkəzin bütün kollektivini təbrik edib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini-Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva çıxış edərək göstərilən diqqət və qayğıya görə Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi və səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

 

Daha sonra Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müvafiq ixtisasının Gigiyena və Epidemiologiya Mərkəzinə hamiliyə verilməsi ilə bağlı tapşırıq verib.

 

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev minnətdarlıq edərək universitetin müvafiq ixtisasında təhsil alan tələbələri üçün Gigiyena və Epidemiologiya Mərkəzinin baza rolunu oynayacağını bildirib.

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
 Sumqayıt Tibb Mərkəzini seçən həkimlərin sayı artır   
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Dünya liderlərini bir araya gətirən