Hamiləlik zamanı depressiya körpənin autizmli doğulmasına səbəb ola bilər - ARAŞDIRMA
24.06.2021 19:35

Depressiya və digər əhval-ruhiyyə pozuntularından əziyyət çəkən qadınlara adətən hamiləlik zamanı antidepressantların qəbulunu davam etmək tövsiyə edilir. Bu dərmanlar təhlükəsiz hesab edilir, lakin çoxları bətndəki uşağa onların təsirinə dair narahatlıq keçirirlər.

 

Aztibb.az-ın medikforum.ru-ya istinadən məlumatına görə, "Biological Psychiatry" jurnalında təqdim edilmiş yeni tədqiqat çərçivəsində alimlər göstəriblər ki, ananın psixi pozğunluqları autistik spektr pozuntusu (ASP) və uşaqda inkişaf ləngiməsi (İL) riskini artırır.

 

Yeni tədqiqatın müəllifi doktor Cennifer Eyms həmkarları ilə birgə apardığı araşdırmada ABŞ-da 2003-cü ildən 2011-ci ilə qədər doğulmuş minlərlə uşağın inkişafı haqqında informasiyanın toplandığı erkən inkişafın öyrənilməsi (SEED) üzrə tədqiqat işindən istifadə edib.

 

SEED-in cari məlumat analizi uşaqların üç qrupunu özündə ehtiva edib: ASP-li (1,3 min); İL-li (1,7 min); və diaqnozsuz (1,6 min). Tədqiqatda anaların üçdə biri hamiləlikdən əvvəl və ya hamiləlik zamanı psixi xəstəliyə malik olub və onlardan dörddə biri antidepressantlar qəbul edib.

 

Analiz olunmuş məlumatlar göstərib ki, psixi pozğunluqları olan anaların uşaqlarında ASP və ya İL riski iki dəfə yüksəkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev