1001 dərdin dərmanı - Qara zirənin FAYDALARI
24.06.2021 16:20

Qara zirə toxumu orqanizm hüceyrələrindəki maddələr mübadiləsini yaxşılaşdırdığına görə, immun sistemin fəaliyyətini gücləndirir. O, hüceyrələrin yenilənməsi və inkişafında mühüm rol oynayır. Qara zirə haqqında qədim tibbi kitablarda da əlyazmalara rast gəlmək mümkündür.

 

Aztibb.az qara zirənin faydalarını təqdim edir:

 

- Revmatizm zamanı az miqdarda qara zirə zeytun yağı ilə qarışdırılaraq bir qədər qızdırılır, dizlərə və dirsəklərə çəkilir;

 

- Üzdə dəri xəstəlikləri olduğu zaman gündə 2 - 3 dəfə yarım çay qaşığı qara zirə yağı içmək lazımdır;

 

- Baş gicəllənməsi zamanı çaya qara zirə yağı qatıb içmək lazımdır;  

 

- Qulaq ağrısı zamanı qulağa 2 damcı qara zirə yağı damızdırmaq lazımdır;

 

- Dəri xəstəlikləri zamanı bir miqdar qara zirə yağı ilə qızılgül yağı qarışdırılır və dəriyə sürtülür;

 

- Yüksək təzyiq zamanı qara zirə yağını isti çay və ya süd ilə qarışdırılıb içilir;

 

- Nəfəs daralmasında 1 xörək qaşığı qara zirə yağını qaynar suya töküb, dərindən nəfəs alaraq iyləmək lazımdır;

 

- Göz ağrısı zamanı qara zirə yağı səhər və axşam 1 damcı gözə damızdırılır;

 

- Xora xəstəliyində 1 stəkan bala 10 damcı qara zirə yağı qatılır. Hər gün səhərlər ac qarına 1 qaşıq içilir. Sonra 1 stəkan isti süd içilir və bu prosedur 2 ay davam etdirilir;

 

- Xərçəng xəstəliyi zamanı gündə 3 dəfə 1 çay qaşığı qara zirə yağı, ardından 1 stəkan yerkökü şirəsi içilir. Bu prosedur 3 ay davam etdirilir. Xərçəng xəstəliyinin müalicəsində qara zirə yağı əzilmiş sarımsaqla da qatılıb yeyilir; 

 

- Yaddaşın yaxşılaşdırılması zamanı 7 damcı qara zirə yağı 1 stəkan suda qaynayan nanəyə damızdırılır, içərisinə 1 çay qaşığı bal qatılıb içilir;

 

- Astma xəstəliyi zamanı xəstənin sinəsini zeytun yağı və qara zirə yağının qarışımı ilə ovmaq lazımdır. Qarışım isti olmalıdır;

 

- Şəkər xəstəliyi zamanı 1 stəkan qara zirə toxumu, 1 stəkan vəzəri toxumu və yarım stəkan doğranmış nar qabığı qarışdırılıb toz halına gətirilir. 1 ay ərzində səhər yeməyindən qabaq bu tozun yarım qaşığını 1 çay qaşığı qara zirə yağı ilə qarışdırılıb içilir.

 

- Diareya zamanı 1  çay qaşığı qara zirə yağını 1 fincan qatıq ilə qarışdırıb, gündə 2 dəfə, hər dəfə 3 gün qəbul etmək lazımdır;

 

- Əzələ ağrıları zamanı acqarına 5 diş sarımsaq yeyin. Bundan 1 saat sonra dəmlənmiş 1 stəkan darçın çayına 5 damcı qara zirə yağı damızdırıb qəbul etmək lazımdır. Zeytun yağı qarışdırılmış qara zirə yağını ağrıyan yerə tez-tez çəkmək lazımdır;

 

- Yuxusuzluq zamanı 1 çay qaşığı qara zirə yağını balla və çayla qarışdırıb şam yeməyindən əvvəl qəbul etmək lazımdır;

 

- Bağırsaqlarda köp olduğu zaman döyülmüş qara zirə, şüyüd toxumu və istiotlu nanə toxumu ilə qarışdırıb üyüdülür. Qarışıma 4-7 damcı qara zirə yağı damızdırılıb balla şirinləşdirilərək qəbul edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev