Türkiyəli cütlüyün yeni xərçəng dərmanı sınaqdan keçirildi
24.06.2021 11:34

Almaniyanın “BioNTech” şirkəti tərəfindən hazırlanan “BNT111” adlı “mRNA” əsaslı xərçəng dərmanı ilk dəfə bir xəstədə test edilib.

 

Aztibb.az xəbər verir ki, bu barədə “BioNTech”in həmtəsisçisi və Direktorlar Şurasının sədri Uğur Şahin şirkətin illik iclasında çıxış edərkən bildirib.

 

Xərçəng müalicəsində ikinci dövr sınaqlarının başladığını açıqlayan Uğur Şahin “BNT111” adlı yeni xərçəng dərmanının ilk sınaqda müsbət nəticə verən bir xəstəyə tətbiq olunmağa başladığını söyləyib.

 

MRNA texnologiyası ilə istehsal olunan yeni xərçəng dərmanının monoklonal antikor dərmanı olduğu bildirilən “Libtayo” ilə birləşdiriləcəyi və bu günə qədər müalicə olunmayan dəri xərçənginin müalicəsində istifadə ediləcəyi qeyd olunub.

 

Preparat üzrə müxtəlif tədqiqatların davam etdiyi və bədən immunitetini təmin edən subyektiv antikorlar əlavə olunmuş “mRNA” əsaslı dərmanların digər xərçəng növləri üçün də bir ümid işığı olduğu ifadə edilib.

 

Qeyd edək ki, “BioNTech” şirkətinin həmtəsisçiləri türk alimlər - Özlem Türeci və Uğur Şahin cütlüyüdür. Onlar xərçəng hüceyrələrinin müalicəsi üzrə araşdırmalara daha əvvəl başlasa da, COVID-19 pandemiyası ortaya çıxdıqdan sonra şirkət peyvənd inkişafına yönəlmişdi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev