Dializ xəstələri övlad sahibi ola bilərmi? - Nefroloq AÇIQLADI
24.06.2021 10:44

Dializ müəlicəsi övlad sahibi olmaq üçün maneə təşkil etmir. 

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-nefroloq Barat Yusubov məlumat verib.

 

Həkimin sözlərinə görə, uremiya kişilərdə həm potensiyaya, həm də spermatogenezə təsir etsə də, dünyaya normal övlad gətirmək üçün problemə səbəb olmur.

 

"Kişilərdə olduğu kimi, qadınlarda da uremiya həm libidoya, həm də reproduktiv qabiliyyətə təsir edir, lakin bir çox qadınlarda heç bir pozğunluq olmaya da bilər. Bu cür pozğunluqları olan qadınlar isə çox asan şəkildə müalicə olunaraq ana ola bilər", - deyə həkim qeyd edib.

 

B.Yusubov bu zaman bir neçə məqama diqqət yetirməyin vacibliyinə toxunub:

 

- Sağlam qadınlarla müqayisədə dializ müalicəsində olan xəstələrdə hamiləlik daha risklidir;
- Hamiləlik planlaşdırmadan öncə mütləq müalicə həkimə bildirilməlidir, çünki bəzi dərmanlar hamiləlikdən öncə dəyişdirilir (məsələn təzyiq dərmanları);
- Hamilə qaldığınız ilk andan tıbbi personala bildirin, çünki hamiləliyin ilk dövründən sizə xüsusi dializ rejimi təyin olunacaq;
- Dializ xəstəsi ana ola bilər, amma ideal olanı hamiləliyi böyrək köçürəndən sonraya planlamaqdır;
- Böyrək köçürənlər isə bilməlidir ki, ilk 1 ildə hamiləlik tövsiyə olunmur. Bu dövrdə hamiləlikdən qorunmaq mütləqdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev