Koronavirusun profilaktikası çərçivəsində monitorinqlər davam etdirilir  
23.06.2021 17:12

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Aztibb.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 22-də ölkə üzrə 434 ictimai iaşə obyektində 757 monitorinq keçirilib. Monitorinqlər zamanı 10 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

 

1. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, dəniz kənarında yerləşən, fiziki şəxs Cəfərov Nizami İsa oğluna məxsus kafe;

2. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, fiziki şəxs Abbasov Samir Miryusif oğluna məxsus kafe;

3. Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov küçəsi 41 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Telman Tofiq oğluna məxsus “Faxralı” kafesi;

4. Bakı şəhəri, Sabunçu rayonu, R. Axundov küçəsi 17 ünvanında yerləşən, fiziki şəxs Şirinova Validə Eldar qızına məxsus kafe;

5. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 44 ünvanında yerləşən, hüquqi şəxs “Şah-ət” MMC-yə məxsus restoran;

6. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küç., ev 3, m.14 ünvanında yerləşən, fiziki şəxs Azər Hacıhüseynov Əbilhəsən oğluna məxsus “Porto” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;

7. Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda yerləşən, fiziki şəxs Allahverdiyev Rauf Musa oğluna məxsus "Su səsi" restoranı;

8. Bərdə rayonu, Yeni Daşkənd kəndində yerləşən, fiziki şəxs Süleymanov Rəşid Salman oğluna məxsus "Soyuq bulaq" restoranı;

9. Şəki şəhəri, Öryət kəndində yerləşən, fiziki şəxs Məlikov Elçin Nadir oğluna məxsus kafe;

10. Kürdəmir rayonu, Çöl Ərəb kəndində yerləşən, fiziki şəxs Mahmudov Ağaismayıl Ağakərim oğluna məxsus kafe.

 

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır