Anomal istilərdən özümüzü necə qoruya bilərik? - Həkim MƏSLƏHƏTİ
23.06.2021 12:54
İlk növbədə, anomal istilərdə zərurət olmadıqda evdən çıxmamaq, bol maye qəbul etmək və tez-tez su prosedurları qəbul etmək məsləhətdir.
İsti yay günləri yaşayırıq. Sinoptiklər bu günlər havanın daha da istiləşəciyini, havanın hərarətinin 44 dərəcəyə qalxacağını proqnozlaşdırırlar. Yüksək temperatur həm açıq havada, həm də binalarda insanların, ilk növbədə yaşlıların və uşaqların sağlamlığına mənfi təsir edir. İstilər həm insanlarda xroniki xəstəlikləri kəskinləşdirə bilər, həm də bir sıra hallarda orqanizmin kəskin qızmasına və insanların səhhətlərinin qəfil pisləşməsinə səbəb ola bilər. Bəs anomal istilərdən öümüzü necə qoruya bilərik?
Aztibb.az-ın xəbərinə görə, Mərkəzi Gömrük Hospitalının rəis müavini Ceyla Əhmədxanova bildirib ki, ilk növbədə, zərurət olmadıqda evdən çıxmamaq, bol maye qəbul etmək, tez-tez su prosedurları qəbul etmək məsləhətdir. Bu məsləhət təkcə xroniki xəstəlikləri olan insanlar üçün deyil, hamıya aiddir.
Əgər hər hansı səbəbdən siz isti havada evdən çıxırsınızsa:
- Hava maksimum dərəcədə isti olduğu halda küçədə olduğunuz vaxtı məhdudlaşdırın və fiziki yükünüzü minimuma endirin;
- Binada olarkən otaqların havalandırılmasını təmin edin: nəfəslikləri, pəncərələri açın, sərinkeşlərdən və ya kondisionerlərdən istifadə edin;
- Küçəyə çıxarkən natural və açıq rəngli parçalardan tikilmiş geyimlər geyinin, başınıza papaq (panama, şlyapa, yüngül şarf və s. də olar) qoyun, gündən qoruyan eynəkdən, çətirdən və günəşdən qoruyucu kremlərdən istifadə edin;
- Yağlı, duzlu yeməklərdən az istifadə edin, isti havada enerjiyə tələbat aşağı düşür, ona görə də yayda kalorili yeməklər orqanizmə çox lazım deyil. Ətin miqdarını azaldın, onu balıq və ya dəniz məhsulları ilə əvəz edin. Çoxlu çay, meyvə şirəsi, mineral su, vitaminli içkilər qəbul edin. Tərkibində şəkər olan qazlı sular, energetik içkilər və alkoqollu içkilər məsləhət deyil. Gün ərzində ən azı 1,5-2,0 litr su için. Böyrək və ürək-damar xəstəlikləri olan insanlar maye qəbulunu çoxaltmamalıdır.
- Pandemiya dövründə yaşadığımıza görə, immuniteti də mütləq möhkəmlətmək lazımdır. Bunun üçün çoxlu meyvə-tərəvəz qəbulu mütləqdir.
- Gün ərzində imkan olduqca tez-tez su prosedurları, çox isti olmayan ilıq duş qəbul edin.
- Səfərə çıxmaq və ya şəxsi avtomobildə harasa getmək üçün münasib vaxt seçin – bu, səhər tezdən və ya axşam gün batana yaxın olsa, daha münasibdir.
- Çimmək üçün dənizə və ya hovuza gedirsinizsə, günəş şüalarından özünüzü qoruyun. Dənizə gedərkən yalnız çimmək və istirahət etmək üçün ayrılmış yerlərdə dincəlin.
Bu sadə qaydalara riayət etsəniz, özünüzü qızmar günəşdən və isti havadan qorumuş olarsınız.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

