Yay mövsümündə meyvələrlə qidalanmaq çox faydalıdır
23.06.2021 09:15

Qızmar yay günlərində orqanizmdə vitaminlərə olan tələbat daha da artmağa başlayır. Ona görə də qida rasionunda tərkibi bol vitaminlər və minerallarla zəngin olan meyvələrə üstünlük verilməsi tövsiyə olunur.

 

Meyvələr təkcə immun sistemini gücləndirmir, həm də fiziki və zehni yorğunluğu aradan qaldırır, dərini daha da gözəlləşdirir. Mütəxəssislərin dediyinə görə, gün ərzində 400 qramdan çox meyvə yemək məsləhətdir, çünki bu zaman qan dövranı yaxşılaşır və maddələr mübadiləsi sürətlənir. Tərkibindəki bəzi maddələr xolesterol və şəkəri tənzimləyir.

 

Aztibb.az xəbər verir ki, Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva AZƏRTAC-a deyib: “Tərkibində A vitamini olduğuna görə göz zəifliyi olanların çiyələk qəbul etməsi məsləhətdir. Qan azlığı olanlar isə ilk növbədə qara tut və mövsümi alma yeməlidir. Xüsusilə diabet xəstələri turş və şirin meyvələri birlikdə qəbul etməməlidir, çünki onların kombinasiyası bir-birinə uyğun deyil”.

 

Kalorisi az olduğuna görə meyvələr artıq çəkidən əziyyət çəkənlər üçün də faydalıdır. Hətta bəzi meyvələrdən ağrıkəsici kimi də istifadə edilir. Lakin diabet xəstələri meyvə qəbul edərkən diqqətli olmalıdırlar.

 

Gün ərzində nə qədər çox meyvə qəbul edilirsə, beyindəki sinir hüceyrələri də bir o qədər inkişaf edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev