Bioloji fəal qida əlavələrini almazdan öncə araşdırın - Həkimdən ÇAĞIRIŞ
22.06.2021 10:00
Bu tip məhsulların apteklərdə, superpermarketlərdə satışı sahəsində islahatlar gözlənilir.
Hamımız apteklərdə dərman vasitələri ilə yanaşı, böyük çeşiddə bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) də satıldığını müşahidə etmişik. Onlar adətən görünüşcə dərmanlara çox oxşayır, qiymət baxımından isə əksər hallarda daha baha olurlar. Bəs bu məhsullar xəstəlikləri müalicə edirmi? Onlar dərman vasitələrindən nə ilə fərqlənir, istehlakçı bu məhsullar haqqında nələri bilməlidir? Bu və digər sualları ATU-nun Farmakoqnoziya kafedrasının dosenti Nərgiz Məmmədova cavablandırıb.
- Bioloji qida əlavələri haqqında nə deyə bilərsiniz? Onların tərkibləri və təyinatı nədir, dərman vasitələrindən nə ilə fərqlənirlər?
- Siz çox aktual bir mövzuya toxunmusunuz. Bunlar bizim əhali üçün nisbətən yeni məhsullardır. Onlar qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioloji fəal maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq, gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır. Onlara çox vaxtı yanlış olaraq “qida əlavələri” də deyirlər. Halbuki “qida əlavələri” digər kateqoriyalı məhsullara aid olub, qidanın hər hansı xassəsini - uzun müddət saxlamaq üçün, rəngini, dadını, xarici görünüşünü dəyişdirmək məqsədi ilə istifadə edilir və qidanın ümulilikdə insan orqanizminə təsirini dəyişdirmir. BFMQƏ-lərin tərkibinə bir çox maddələr daxil ola bilər: zülallar, karbohidratlar, piyli və efir yağları, vitaminlər, vitaminəbənzər maddələr, probiotiklər, prebiotiklər, fermentlər, bitki və heyvan mənşəli maddələr və s. Onların tərkibində zəhərli, güclü təsirə malik, az öyrənilmiş, qida üçün yolverilməz inqredientlərin mövcudluğu qadağandır. Bu məhsullar dərman vasitələrindən fərqli olaraq qidalanmanın optimal fizioloji rasionunu təmin etmək üçün istifadə olunur. Farmakoloji effektlərə, kəskin əlavə təsirə malik olmur və yalnız fizioloji dəyişikliklər çərçivəsində insanın funksional aktivliyini qoruyub saxlamaq məqsədi daşıyır. Onlar müalicə üçün nəzərdə tutulmayıb.
- Bu məhsulların sayı və çeşidi gündən-günə artmaqdadır...
- Əvvəlcə bu məhsulların yaranma səbəblərindən danışmaq istərdim. BFMQƏ-nin dünya üzrə məşhur istehsalçıları bu məhsulları yeni və modern hesab etsələr də, onların primitiv formaları hələ ibtidai icma cəmiyyətində istifadə olunub. Güman edilir ki, ilk çoxkomponentli BFMQƏ Misir təbibləri tərəfindən eramızdan əvvəl V əsrdə icad olunub. Müasir BFMQƏ-nin yaranma tarixi XX əsrin əvvəllərindən başlanır və amerikalı kimyaçı Karl Rehnborgun adı ilə bağlıdır. Bu şəxs əvvəlcə hazırladığı məhsulları qida rasionunu yaxşılaşdırmaq məqsədi ilə dost-tanışa pulsuz paylayırmış. Uğurlu nəticələr onu bu məhsulları satış üçün istehsal etmək ideyasına gətirib çıxarır. 1934-cü ildə Karl Rehnborg kifayət qədər varlanır və “California Vitamins” adlı şrkət yaradır. Rehnborgun bu sahədəki nailiyyətini təkrarlamaq arzusunda olan bir çox şirkətlər 1970-ci illərdən etibarən BFMQƏ-nin patentləşdirilməsinə və istehsalına başlayırlar. Dərman vasitələrindən fərqli olaraq, onların illərlə heyvanlar və insanlar üzərində sınaqdan keçirilməsinə ehtiyac yoxdur. Üstəlik də böyük gəlir gətirir. Təsəvvür edin ki, əgər bir dərman vasitəsinin hazırlanması üçün vəsait xərci orta hesabla yüz min dollardan başlayırsa, BFMQƏ-nin hazırlanmasına 10 dəfə az pul kifayətdir. Fikrimcə, məhz bu səbəbdən BFMQƏ-nin sayı və çeşidi gündən-günə artmaqdadır. Bu məhsullar hazırda dünyanın bütün ölkələrində, xüsusən də Avropa ölkələrində populyardırr və böyük tələbat var. Həm də onları reseptsiz əldə etmək asandır deyə, əhali tərəfindən çox alınmaqdadır. Azərbaycanda isə dərman vasitələrinin qiymətləri Tarişf Şurası tərəfindən tənzimlədiyi üçün BFMQƏ-yə şamil olunmur və bu məhsullar maya dəyərindən qat-qat baha satılır.
- Azərbaycanda bu məhsulların keyfiyyətinə hansı qurumlar nəzərət edir?
- Ölkəmizdə BFMQƏ-nin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Onu da qeyd edim ki, konkret bir məhsulun dərman vasitəsi olub-olmamasına dair Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən iki mərhələli ixtisaslaşdırılmış ekspertiza keçirilir. Fikrimcə, bu kateqoriyalı məhsulların iki müxtəlif qurum tərəfindən monitorinqinin keçirilməsi bu gün üçün çox vacibdir.
- Nərgiz xanım, qeyd etdiniz ki, istehsaldan əvvəl bu məhsullar çox da dərindən araşdırılmır. BFMQƏ-nin istifadəsi ilə bağlı insanlara nə tövsiyə edərdiniz?
- Tövsiyəm budur ki, hər hansı BFMQƏ-ni qəbul etməzdən əvvəl onun haqqında çoxlu məlumat əldə etsinlər, ailə həkimi ilə məsləhətləşsinlər. Müxtəlif saytların, şirkətlərin reklamına əsaslanaraq bu məhsulları almasınlar. Bəzən şahidi olmuşam ki, bu məhsulları bərbərxanalarda, idman zallarında, hətta avtobus dayanacaqlarında belə əhaliyə təklif edirlər. Bu məhsulların Səhiyyə Nazirliyindən rəy, Qida Təhlükəsizliyi Agentliyindən isə gigiyenik sertifikat alması barədə məlumat əldə etmək üçün müvafiq qurumların qaynar xəttinə müraciət etsinlər. Çünki bu qurumların nəzarətindən keçməyən məhsulların tərkibində bəzən resepturada təqdim olunmayan, hətta insan orqanizmi üçün təhlükəli hesab edilən maddələr aşkar olunur. Məsələn, çəkini tənzimləmək üçün sibutramin maddəsi, idman qidalarında steroid maddələr, potensiya üçün olanlarda sildinofil və s.
- BFMQƏ reseptə həkim tərəfindən yazıla bilərmi?
- Mövcud qanunvericiliyə görə yazıla bilməz, amma tövsiyə oluna bilər. Çünki bunlar qida məhsuludur. Amma məlumdur ki, bəzi həkimlər şəxsi mənafelərini güdür və bundan bir gəlir mənbəyi kimi istifadə edirlər. Belə hallara qarşı müvafiq tədbirlər görülmədir.
- Bildiyimiz kimi, insan aptekə dərman vasitəsini almaq üçün yollanır. Dərman vasitələrinə çox oxşar BFMQƏ-nin apteklərdə satışının insanları çaşdıra bilməsinə necə baxırsınız? Digər tərəfdən, bəs BFMQƏ-nin marketlərdə satılması nə qədər düzgündür?
- Bütün dünyada olduğu kimi, ölkəmizdə də BFMQƏ apteklərdə, superpermarketlərin xüsusi şöbələrində, ixtisaslaşdırılmış mağazalarda, həmçinin buna hüququ olan saytlar vasitəsi ilə satıla bilər. Bu sahədə islahatlar gözlənilir. Gələcəkdə apteklərdə bu məhsulların xüsusi şöbələrdə satılması nəzərdə tutulur. Bu halda, istehlakçının məhz hansı kateqoriyalı məhsulu alması ona şöbənin adından əvvəlcədən məlum olacaq. Aptekdə bu vasitələrin satılması cox vacibdir. Belə ki, burada heç olmasa, istehlakçı əczaçıdan məhsula dair məlumat ala bilər. Qaldı onların marketlərdə satışına, o da dunya təcrübəsindən götürülüb. Qeyd edim ki, bu yaxınlarda qonşu Türkiyədə həkimlər və əczaçılar BFMQƏ-nin yalnız həkim və əczaçının nəzarəti altında satışı ilə bağlı məsələ qaldırıblar. Hesab olunur ki, bu vasitələrin kontrolsuz qəbulu pandemiya dövründə daha çox ölüm hadisəsinə gətirib çıxarıb.
- BFMQƏ olmadan insanın optimal fizioloji rasionunu təmin etmək mümkündürmü? Bununla bağlı nə məsləhət görərdiniz?
- Əbəttə, müasir dövrdə həyat tərzimizlə bağlı düzgün qidalanmanı təmin etmək çətin olsa da, mümkündür. Hər insan öz orqanizmini hamıdan yaxşı tanıyır. Maksimal dərəcədə düzgün qidalanmaq lazımdır. Orqanik məhsullardan daha çox istifadəni tövsiyə edərdim. Çalışın ki, hər bir meyvəni, tərəvəzi öz mövsümündə istifadə edəsiniz. Xaricdən gətirilən GMO tərkibli məhsullardan bacardığınız qədər uzaq olun. Alimlər təsdiqləyiblər ki, insan orqanizmi doğulduğu məmləkətdə becərilən məhsulları daha yaxşı mənimsəyir. Bundan başqa, təmiz havada çox olun. Kifayət qədər istirahət edin. Bu amillər də fizioloji rasionu təmin etmək üçün çox vacibdir.
Bu bölməyə aid digər xəbərlər
İnfarktların 99%-nin əsas səbəbləri müəyyən edilib - Araşdırma
02.07.2026 | 10:29
AQTA sədri broyler toyuqları ilə bağlı iddialara aydınlıq gətirdi
01.07.2026 | 12:15
Transplantoloq: Böyrək nəqlində yaş artıq əks göstəriş hesab olunmur
01.07.2026 | 11:40
Stress bir neçə dəqiqə ərzində qanın xüsusiyyətlərini dəyişə bilər - Araşdırma
01.07.2026 | 09:38
Alimlər uzunömürlülüyün niyə sağlam qocalmanı təmin etmədiyini izah ediblər
01.07.2026 | 08:32
Həkim yay allergiyasından qorunma yollarını açıqlayıb
30.06.2026 | 10:29
Laktoza dözümsüzlüyü özünü necə göstərir? Cərrahdan vacib açıqlama
29.06.2026 | 11:59
Melioidozun əlamətləri və müalicəsi - Hansı hallar bu xəstəliyi daha həssas edir
29.06.2026 | 10:21
Tanınmış akademik sağlam həyat üçün əsas vərdişlərini açıqlayıb
28.06.2026 | 13:38
Ağlamamaq insanın daxildə hansı narahatlıqlara səbəb olur? - Psixosomatoloq izah etdi
26.06.2026 | 12:33
ÇOX OXUNANLAR
Azərbaycanda transplantasiyanın tarixi
30.06.2026 | 09:13
Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib
26.06.2026 | 13:09
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
29.06.2026 | 12:19
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
22.06.2026 | 14:52
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
22.06.2026 | 15:30
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
22.06.2026 | 11:16
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
23.06.2026 | 15:12
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
22.06.2026 | 10:55
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
24.06.2026 | 08:59
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
26.06.2026 | 17:17
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
24.06.2026 | 11:45
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
22.06.2026 | 10:40
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
27.06.2026 | 13:26
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
28.06.2026 | 11:10
"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Tibb elmləri doktoru Fuad Qaraqurbanlı
26.06.2026 | 12:44

