Müalicəvi bitki vannaları yayda çox tərləmənin qarşısını alır
21.06.2021 17:13

Tərləmə bədənin isti və soyuq balansını qorumaqla orqanizmin termorequlyasiya mexanizmini tənzimləyir. Lakin tərləmə normal hal olsa da, həddindən çox baş verməsi problemin olduğuna işarədir. Tərləmədən narahatlıq keçirənlərlə yay mövsümündə çox rastlaşırıq. Normadan artıq tərləmə hiperhidroz adlanır. Bu, sinir sistemi və xroniki xəstəliklər, xüsusilə vegetativ nevroz və virus infeksiyaları zamanı daha çox artır.

 

Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu hiperhidroz zamanı tətbiq edilən fitoterapiya üsulları barədə danışıb: “Müalicəyə tərləmənin səbəbini müəyyən etdikdən sonra başlamaq məsləhətdir. Nəzərə almaq lazımdır ki, tərləmə hava kəskin dəyişdiyi zaman daha çox baş verə bilər. Bu səbəbdən, çöldəki hava şəraiti ilə içəridəki havanın bir-birindən kəskin fərlənməməsinə diqqət etmək lazımdır. Misal üçün, havanın temperaturu 35°-dirsə, məkanı 16°-ə qədər soyutmaq olmaz. Bu orqanizm üçün ziyandır və xüsusən sinir sisteminə mənfi təsir göstərir”.

 

Elnur Eldaroğlunun dediyinə görə, fitoterapiya ilə müalicə zamanı ən effektli təsirə malik bitkilərdən biri bənövşə çiçəyidir.

 

"Bundan başqa, yatiqqanqal, çobanyastığı və evkalipt bitkiləri də faydalıdır. Bu bitkilərin hərəsindən 1 xörək qaşığı olmaqla 1 litr qaynar suda dəmlənir. Sonra dəmləməni suya əlavə edərək müalicəvi bitki vannası qəbul etmək lazımdır. Bundan başqa suya çobanyastığı yağı və kəklikotunun efir yağı da əlavə edilə bilər. Müalicə üsulu ilə günaşırı vanna qəbul etmək çox tərləmənin qarşısını alır. Daxilə qəbul etmək üçün isə bənövşə və yatiqqanqal bitki çayları məsləhətlidir. Uşaqlarda tərləmədən sonra bişməcələr müşahidə edildiyi halda isə tənzifi bənövşə, yatiqqanqal və çobanyastığı kimi bitkiləri dəmləməsində isladıb bişməcə olan hissələri silmək kifayətdir”, - deyərək həkim məsləhət verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev