Müharibədən zərər çəkmiş bölgələrdə səyyar xidmətlərin göstərilməsi ilə bağlı birgə layihə həyata keçirilir
21.06.2021 17:10

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və BMT-nin Əhali Fondunun (UNFPA) maliyyə dəstəyi ilə İkinci Qarabağ müharibəsindən zərər çəkmiş 8 şəhər və rayonda əhaliyə cinsi və reproduktiv sağlamlıq, həmçinin gender əsaslı zorakılıqla mübarizə sahələrində səyyar xidmətlərin göstərilməsi ilə bağlı birgə layihə həyata keçirilir.

 

Aztibb.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin məlumatında deyilir.

 

Layihə Gəncə və Mingəçevir şəhərlərini, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl və Ağcabədi rayonlarını əhatə edir.

 

Layihə çərçivəsində Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mütəxəssislərindən ibarət səyyar qruplar tərəfindən ilkin mərhələdə 7-9 iyun Gəncə şəhərində, 9-12 iyun Mingəçevir şəhərində və 14-19 iyun tarixlərində Ağdam, Ağcabədi rayonlarında səyyar xidmət və təlimlər həyata keçirilib.

 

Layihənin məqsədi müharibə zamanı zərər çəkmiş ərazilərdə hamilə, tənha, sonsuzluq və digər ginekoloji problemləri olan qadınları tibbi müayinəyə cəlb etmək, habelə arzuolunmaz hamiləlikdən qorunma yolları, ailə planlaşdırılması, sanitariya qaydaları və digər cinsi və reproduktiv sağlamlıq məsələləri ilə bağlı onları maarifləndirməkdir.

 

Sadalanan bölgələrdə fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərində çalışan həkim, mama-ginekoloq, mamalara cinsi və reproduktiv sağlamlıq, gender əsaslı zorakılıqla mübarizə mövzularında təlimlərin keçirilməsi də layihənin məqsədləri sırasındadır.

 

Onu da qeyd etmək lazımdır ki, analoji tədbirlərin 21-26 iyun tarixlərində Goranboy, Tərtər, Göygöl və Bərdə rayonlarında keçirilməsi nəzərdə tutulub.

 

Layihənin davamı olaraq, səyyar xidmətlərin göstərilməsi üçün cari ilin avqust ayında sözügedən şəhər və rayonlara növbəti səfərlərin təşkil edilməsi planlaşdırılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır