Xoşbəxtlik hormonu nədir? - Həkim-terapevt AÇIQLADI
20.06.2021 10:05
İnsanın özünü şən, rahat, güvənli, inamlı hiss etməsini təmin edən məhz "xoşbəxtlik" hormonlarıdır.
 
Aztibb.az xəbər verir ki, bu barədə ATU-nun Tədris Terapevtik Klinikasının dosenti, həkim-terapevt Azadə Rəhimova məlumat verib.
 
O, bildirib ki, serotonin, dopamin, oksitosin və endorfin məhz bu hormonlardır. Serotonin insanın şən, pozitiv hiss etməsini təmin edir. Günəş şüaları, eləcə də qidalardan tünd şokolad, süd, pendir və s. serotoninin miqdarını artırır. Dopamin azaldıqda, insanda ruh düşkünlüyü, sıxıntı hissi, unutqanlıq kimi hallar baş verir:
 
"Oksitosin hormonu isə sədaqət hissi, şəfqət, məhəbbət hissini təmin edən əsas hormondur. Ana körpəsinə süd verəndə məhz bu hormonun miqdarı artır.
 
Endorfin hormonu çox olanda insan özünü pozitiv, güclü, optimist hiss edir. Bu hormonun həm də ağrıkəsici, iltihabəleyhinə təsiri var. Açıq havada gəzinti, gözəl musiqi dinləmək, faydalı qidalanmaq, idmanla məşğul olmaq, günəş şüaları bu hormonların miqdarını artırır".
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev