Duz istifadəsi zamanı nələrə diqqət edilməlidir?
18.06.2021 16:10

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakıları nəzərə almaq lazımdır:


-Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsinə səbəb olur.


- Duzun çox qəbul edilməsi sidiklə kalsiumun xaric olunmasına səbəb olur ki, bu zaman sümüklər zəifləyir.


- Duzun miqdarını azaltmaq üçün dadına baxmadan yeməyə duz əlavə etmək olmaz.


- Həmişə təzə və duza qoyulmamış qidalar qəbul etmək lazımdır.


- Evə alınan duzun keyfiyyətinə nəzarət edilməlidir.


- Süfrəyə duz qoyulmamalıdır.


- Duz əvəzinə bəzi qidalara cəfəri, nanə qurusu, razyana, reyhan kimi dadlandırıcılar qatılsa, orqanizm daha faydalanar və sağlam olar.


- Turşu, ketçap, xardal, soya sousunun tərkibində duz çoxdur. Nə qədər az istifadə edilərsə, bir o qədər faydalıdır. Bu qidalardan uzaq durmaq lazımdır.


- Duzun orqanizmə zərərini azlatmaq üçün bol su, meyvə və tərəvəz qəbul etmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev