Tənəffüs orqanlarının bəzi xəstəlikləri zamanı əlillik müddətsiz təyin ediləcək
18.06.2021 11:40

Tənəffüs sistemi orqanlarının xəstəlikləri zamanı əlilliyin hansı hallarda müddətsiz təyin ediləcəyi müəyyənləşib.

 

Aztibb.az-ın məlumatına görə, bu, “Əlilliyin müəyyən olunması Meyarları”na əlavə “İnsan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəli”ndə əksini tapıb.

 

Aşağıdakı tənəffüs sistemi orqanlarının xəstəlikləri zamanı insan orqanizminin funksiyalarının itirilmə faizindən asılı olaraq əlillik müddətsiz təyin olunacaq:

 

- Ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngnəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, II-III dərəcəli xroniki tənəffüs çatışmazlığı, xroniki ağciyər - ürək çatışmazlığı IIB və III dərəcəli - 81-100 %

 

- Ağır gedişli – tez-tez baş verən kəskinləşmələr (ildə 6 dəfədən artıq) və ağır tutmalarla (nəzarət olunmayan, ağır persistə edən bronxial astma) III dərəcəli xroniki tənəffüs çatışmazlığı və IIB, III mərhələdə xroniki ağciyər-ürək çatışmazlığı ilə - 81-100 %

 

- İmmunitet zəiflədikdə və (və ya) digər müalicə və bərpa tədbirlərinin aparılmasına ehtiyac olduğu halda köçürülmüş ağciyərin 2 illik müşahidədən sonrakı vəziyyəti – 70-80 %

 

- İmmunitetin zəifləməsi fonunda əmələ gəlmiş II və III dərəcəli xroniki tənəffüs çatışmazlığı və/və ya digər sistemlərin (məsələn, ürək-damar) ağır zədələnməsi ilə müşayiət olunan köçürülmüş ağciyərin 2 illik müşahidədən sonrakı vəziyyəti – 90-100 %

 

- Tənəffüs orqanlarının funksiyasının ağır (III) dərəcə pozuntusu - ağciyər sarkoidozu və ( və ya ) limfa düyünləri sarkoidozu ilə III dərəcə ağciyər sarkoidozu, fəal mərhələ, fəsadlaşmalar və/və ya digər orqanların kombinə edilmiş zədələnmələri ilə, III dərəcə tənəffüs çatışmazlığı ilə - 81-100 %

 

- Tənəffüs orqanlarının aktiv vərəmi (infiltrasiya, dağılma, səpələnmə mərhələsi, VMB+ və ya VMB-, ağır dərəcəli intoksikasiya simptomlarının mühüm təzahürü, kaxeksiya, anemiya, amiloidoz, ağciyər ürəyi, AÜÇ II-III dərəcə) – 90-100 %

 

- III dərəcə xroniki tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs orqanlarının vərəminin və dəqiqləşdirilməmiş vərəmin gecikmiş fəsadları (fibroz, fibrozlu-ocaqlı, bulloz-distrofik, kalsinatlar, plevropnevmoskleroz, sirroz, cərrahi müdaxilə nəticələri) – 80-90 %

 

- Zədələnmiş orqan və sistemlərin funksiyalarının davamlı ağır dərəcəli pozuntusu ilə müşahidə olunan müxtəlif lokalizasiyalı vərəmin müalicədən sonrakı qalıq əlamətləri – 90 -100 %

 

- Müxtəlif orqan və sistemlərin vərəminin müalicədən sonrakı gecikmiş əlamətləri. Zədələnmiş orqan və sistemlərin funksiyasının davamlı əhəmiyyətli dərəcədə təzahür edən pozuntusu – 81-100 %.

 

Qeyd edək ki, Nazirlər Kabineti “Əlilliyin müəyyən olunması Meyarları”nı təsdiqlədikdən sonra “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ləğv ediləcək.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?