Gün eynəkləri optik eynəklər kimi həkim məsləhəti ilə seçilməlidir - Baş oftalmoloq
18.06.2021 10:02

Yay aylarında ən çox istifadə edilən aksesuarlardan biri də gün eynəkləridir. Adətən onu seçənlər öz zövqlərini əsas götürürlər.

 

Gün eynəkləri də optik eynəklər kimi əslində həkim məsləhəti ilə seçilməlidir. Təəssüflər olsun ki, buna əməl edənlər çox azdır. Həmin eynəklərin əsas vəzifəsi gözləri ultrabənövşəyi şüalardan qorumaqdır. Şüaların təsirindən hətta korluq da yarana bilər.

 

Aztibb.az-ın məlumatına görə, Bakı Baş Səhiyyə İdarəsinin baş oftalmoloqu Sevda Bəşirova AZƏRTAC-a deyib ki, gün eynəkləri seçərkən təkcə üzə yaraşanı yox, filtrinin olub-olmamasına da diqqət yetirmək lazımdır: “Günəş yuxarıdan düşdüyünə görə, gözün üst hissəsinin də bağlanmasına fikir verilməlidir. Bununla yanaşı gün eynəyinin ultrabənövşəyi şüaları blok etməsinə diqqət etmək lazımdır. Günəş eynəklərinin şüşəsinin kənarında 400 uv, yəni ultrabənövşəyi şüanı blok etməsi barədə yazı olmalıdır. Polaroid şüşələrin müsbət cəhətləri var və günəş parlaqlığının qarşısını alır. Həmin eynəklər avtomobil sükanı arxasında əyləşib uzaq yol gedənlərə tövsiyə edilir”.

 

Keyfiyyətsiz eynəklər göz bülluruna tez təsir edir, gələcəkdə kataraktanın yaranmasına səbəb olur. Eynək gözə düşməyəndə gözə qızartı, sulanma və quruma kimi əlamətlər özünü büruzə verir. Tünd rəngli olanda isə göz bəbəyi görünür və göz dibinə düşən işıq sahəsi artır. Bu da qıcıqlanmaya və iltihaba səbəb olur.

 

Eynəklər plastik və şüşə materialdan hazırlanır. Plastik materialdan olan eynəklər yüngül və rahat olmasına baxmayaraq, tez sınır və ya çatlayır. Ona görə də şüşə eynəklər daha yaxşı hesab olunur. Eynəyin keyfiyyətli olub-olmamasını müəyyən etmək bir qədər çətin olsa da, mümkündür. Bundan başqa çərçivənin materialı allergik olmamalı, burunu və qulağı əzməməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev