May ayı ərzində Bakı, Sumqayıt və Abşeron əhalisinə göstərilən tibbi xidmətlərin sayı açıqlanıb
17.06.2021 19:27

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin may ayı ərzində Bakı, Sumqayıt və Abşeron əhalisinə 635 939 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 349 350 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 508 882-si ambulator, 127 057-si isə stasionar şəraitdə göstərilib.

 

Aztibb.az xəbər verir ki, əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan Bakı şəhərinin rayonları: Nərimanov (268), Pirallahı (232), Sabunçu (218), Yasamal (202), Xəzər (144), Səbail (143), Nəsimi (136), Suraxanı (124), Xətai (58) və Binəqədi (53).

 

Sumqayıt şəhəri üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 126, Abşeron rayonu üzrə isə 19 təşkil edib.

 

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi (87 943), Respublika Klinik Xəstəxanası (70 530), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (59 131), Kliniki Tibbi Mərkəz (41 064), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (37 641), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (23 383), K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (22 478), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (16 058), Akad. C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (15 248) və 15 nömrəli Uşaq Poliklinikası (9 029).

 

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akad. C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və 15 nömrəli Uşaq Poliklinikası.

 

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibbi Mərkəz, Respublika Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Kliniki Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu və Akad. C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu.

 

2021-ci ilin may ayı ərzində Bakı şəhəri tibbi ərazi bölməsi (TƏB) üzrə 541 256 və Sumqayıt TƏB üzrə 95 921 tibbi xidmət göstərilib (TƏB-lər haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar). 01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən Bakı və Sumqayıt şəhərləri, o cümlədən Abşeron rayonu üzrə qeydiyyatda olan əhalinin sayı 3 029 900 nəfər təşkil edir.

 

Qeyd edək ki, bütün ölkə üzrə may ayı ərzində 539 865 nəfərə tibbi xidmət göstərilib. Tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, tənəffüs, həzm, sidik-cinsiyyət, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə mamalıq və ginekologiya, zədələr, zəhərlənmə və sinir sistemi xəstəlikləri ilə bağlı olub.

 

Cari ilin yanvar-may ayları ərzində isə 1 637 752 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 7 158 060 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 6 012 770-i (84%) 18 yaşdan yuxarı, 1 145 290-ı (16%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 Sumqayıt Tibb Mərkəzini seçən həkimlərin sayı artır   
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib