12 reabilitasiya və sosial xidmət müəssisəsi istifadəyə verilib - Nazir müavini
17.06.2021 12:58

Əvvəlki iki ildə və bu ilin ötən dövründə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

 

Aztibb.az-ın məlumatına görə, bunu əmək və əhalinin soaial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib. O bildirib ki, bununla da ölkəmizdə müasir reabilitasiya sistemi yaradılıb: "Bununla bərabər, ölkədə aparılan sosial siyasətin prioritetlərindən biri - əlilliyi olan şəxslərin əmək bazarına çıxışının, məşğulluğunun dəstəklənməsidir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiyası, əmək bazarına, kiçik biznesə çıxış imkanlarına malik olmaları məqsədilə bir sıra proqramlar, layihələr icra olunur.

 

Əlilliyi olan şəxslərin kvota əsasında işlə təminatı, onlar üçün peşə hazırlığının təşkili işləri aparılır.

 

Nazirliyin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzi fəaliyyət göstərir, orada əlilliyi olan şəxslər yeni peşələrə, tətbiqi sənət növləri üzrə bacarıqlara yiyələnirlər.
Həmçinin özünüməşğulluq proqramında üstünlük verilən kateqoriyalardan biri də əlilliyi olan şəxslərdir. Proqram çərçivəsində aktivlər verilməklə onlar kiçik müəssisə və təsərrüfatlarını yaradırlar".

 

Nazir müavini deyib ki, hazırda BMT İnkişaf Proqramı ilə birgə layihə çərçivəsində də bu kateqoriyadan olan şəxslərin kiçik biznesə çıxışına dəstək verilməsi işləri də aparılır: "Əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərini nümayiş etdirmələrinə də şərait yaradılır, ötən ay bu məqsədlə bir sıra satış-sərgilər təşkil olunub.
Bu sahədə işlərdə özəl sektorun sosial tərəfdaşlıq müstəvisində yaxından iştirak etmək səyləri təqdirəlayiqdir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır