Yağlardan təkrar istifadənin orqanizmə mənfi TƏSİRLƏRİ
16.06.2021 17:52

Yeməklərin hazırlanmasında yağlar böyük rola malikdir və qidalara dad verən ən əsas nemətlərdən biridir. Bəzən yağlardan təkrar istifadə edilərək xörəklər hazırlanır və bu, onun kimyəvi tərkibinin dəyişilməsinə səbəb olur.

 

Aztibb.az xəbər verir ki, yağlardan dəfələrlə istifadə edərək yemək hazırlanmasının zərərli xüsusiyyətləri barədə danışan həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: “İstinin təsirindən yağların parçalanması nəticəsində sərbəst radikallar əmələ gəlir və onlar kanserogen xassəyə malik olaraq orqanizmdə bəzi şiş xəstəliklərinin yaranmasına səbəb olur. Təkrar istifadə zamanı parçalanma-birləşmə reaksiyaları baş verir: Bir neçə dəfə qızdırılıb soyudulmuş yağlarla qidalananda yaranan sərbəst radikallar orqanizmdə gedən müəyyən proseslərə mənfi təsir göstərir”.

 

Onun dediyinə görə, yağların təkrar istifadəsi hətta qarşısıalınmaz proseslərin əmələ gəlməsinə də səbəb ola bilər.

 

Yağlardan təkrar istifadə onunla qidalananlarla yanaşı, ondan yemək hazırlayanlarda da xəstəliklər yaradır. Ona görə də yeməkləri yağda bir dəfə bişirmək, təkrar istifadəyə yol verməmək lazımdır: “Yağların təkrar istifadəsi zamanı nişastalı qidalar çox qızardılarsa, onların üst hissələrində zəhərli aldehidlər yaranır. Həmin maddələr gözün və tənəffüs yollarının selikli qişalarını güclü şəkildə qıcıqlandırır və funksiyasını zədələyir. Zəhərli maddələr daxili orqanlarda, xüsusilə sinir sistemi və qaraciyərdə ciddi fəsadlara səbəb olur”, - deyə həkim-diyetoloq əlavə edib.

 

Müasir dövrdə yağların əksəriyyəti kimyəvi üsullarla hazırlanır. Ona görə də orqanizmə zərər yetirilməməsi üçün onlardan təkrar istifadə yolverilməzdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev