Bəzi meyvələrin qan duruldan dərmanlarla birgə istifadəsi koronavirus xəstələri üçün MƏSLƏHƏT DEYİL
16.06.2021 17:45

Qan duruldan dərman preparatlarından istifadə edən koronavirus xəstələri xüsusilə yay mövsümündə meyvə, giləmeyvə və tərəvəzlərdən istifadə zamanı ehtiyatlı olmalıdırlar.

 

Aztibb.az xəbər verir ki, bunu həkim-infeksionist, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib.

 

Həkim-infeksionist bildirib ki, qan duruldan dərman vasitələri ilə qan durulaşdırıcı xüsusiyyətə malik meyvələrin, məsələn, albalı, gilas və narın müalicə müddətində birgə istifadəsi məsləhət deyil: “Koronavirus infeksiyası qanın laxtalanma prosesinə təsir göstərir. Laborator müayinə zamanı qanın laxtalanmasının normada olmadığı ortaya çıxarsa, xəstəyə mütləq qan durulaşdırıcılar təyin edilir. Yay meyvə-tərəvəzlərlə bol mövsüm olduğu üçün yay meyvələri arasında qan durulaşdırıcı xüsusiyyətə malik olanları da çoxdur. Əslində, meyvə-tərəvəzlər təbii olduğu üçün xəstələrdə ciddi fəsadlar yaratmır, amma qan duruldan dərman vasitələri ilə birgə qəbul olunması məsləhətli deyil. Bundan başqa, şəkərli diabet xəstələri üzüm, şaftalı və ərik kimi qlükoza ilə zəngin meyvələrdən müalicə zamanı davamlı istifadə edərlərsə, qanda şəkərin miqdarı kəskin artar. Bu, xəstənin koronavirusdan sağalma müddətini uzadır. Həmçinin digər yanaşı xəstəliyi olanlar da mütləq pəhriz saxlamalıdırlar. Məsələn, qaraciyər xəstələri yağlı qidalardan, böyrək xəstəliyi olanlar duzlu qidalardan, allergik xəstələr isə sitrus meyvələrindən mümkün qədər uzaq durmalıdırlar. Çünki belə qidalardan istifadə xroniki proseslərin kəskinləşməsinə gətirib çıxarır”.

 

V.Cavadzadənin sözlərinə görə, lazım olan miqdarda meyvə-tərəvəz qəbulu isə immun sisteminin möhkəmlənməsinə və xəstəliyə qarşı dözümlülüyün artmasına səbəb olur: “Eyni zamanda, düzgün qidalanma nəticəsində koronavirusdan sağalma müddəti qısalmış olur. Meyvələrin əksəriyyəti qanın laxtalanmasını normal həddə saxlayır. Yəni, yay mövsümündə vitaminlə zəngin qidaların qəbulu orqanizm üçün faydalıdır. Gün ərzində ehtiyac duyulan vitamin qəbulu zamanı orqanizm özü-özünü tənzimləyir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev