Ultra işlənmiş qidalar və uşaqlarda piylənmə – Hansı təhlükələr var?/ARAŞDIRMA
16.06.2021 15:04

Piylənmə artıq dünyanın bir çox ölkəsində epidemiya halını alıb və getdikcə yalnız böyüklərə deyil, uşaqlara da təsir edir. Buna görə uşağın qidalanmasına intensiv nəzarət etmək vacibdir. “JAMA Pediatrics” jurnalında təqdim olunan son araşdırmada elm adamları uşaqlar üçün daha çox risk yaradan məhsulları müəyyən ediblər.

 

Bu barədə Aztibb.az medikforum.ru saytına istinadla xəbər verir.

 

Tədqiqat çərçivəsində 7 yaşından etibarən izlənilən 9 min uşağın sağlamlığı öyrənilib. Onların çəkisi, bel ətrafı, bədən yağ indeksi və bədən kütlə indeksi (BKİ) izlənilib. Sonra tədqiqatçılar bu məlumatları və iştirakçıların yemək gündəliklərini təhlil ediblər.

 

Alimlər uşaqların diyetalarının 23-68%-nin ultra işlənmiş qidalardan (UİQ) ibarət olduğunu aşkar ediblər. Ultra işlənmiş qidalardan (çörəklər, tortlar, qəlyanaltılar, şirniyyatlar, qazlı içkilər, hazır yeməklər və s.) istifadənin daha yüksək olduğu uşaqlarda çəki 0,2 kq, yağ kütlə indeksi 3%, BKİ isə 6% daha yüksək olmuşdur. 24 yaşına gəldikdə, bu qrupun çəkisi 3,7 kq, bədən yağı isə 1,5%  çox olmuşdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev