Tibb Universiteti ilk dəfə olaraq beynəlxalq reytinq qurumunun siyahısında
16.06.2021 10:21
Azərbaycan Tibb Universiteti ilk dəfə olaraq beynəlxalq reytinq qurumuna daxil edilib.
 
SCImago Institutes Rankings (SIR) - tədqiqat, innovasiya nəticələri və sosial təsirlərinə görə üç fərqli göstəricini özündə birləşdirən akademik və tədqiqat müəssisələrinin təsnifatıdır. 2009-cu ildən nəşr olunan akademik qurumların qlobal reytinqidir.
 
SIR İspaniyanın bir neçə iri təhsil müəssisəsini özündə birləşdirən və Ali Elmi Tədqiqatlar Şurasının (CSIC) üzvü olan təşkilatdır. SIR elmi nəşrlərin və müəssisələrin digər məhsullarının ümumi statistikasını araşdırır və müxtəlif ölçülü qurumlar arasında müqayisə aparır.
 
Azərbaycan Tibb Universiteti dünyanın digər universitetləri kimi, bu reytinq sisteminə daxil edilib və 4 göstəriciyə görə indeksləşdirilib: ümumi, elmi tədqiqat, innovasiya və ictimai göstərici. Scimago sıralamasına görə, Azərbaycan Tibb Universiteti 2021-ci ildə ümumi göstəriciyə əsasən dünyanın 7533 universiteti arasında 899-cu yerdədir.
 
Tədqiqat göstəricilərinə görə, universitetin reytinqi 529-dan 517-ci yerə yüksəlib ki, bu da əməkdaşlar tərəfindən "Web of Science", "Scopus" və s. nəşriyyat bazalarına daxil olan jurnallarda çap olunmuş məqalələrin sayının artması ilə əlaqədardır.
 
İnnovasiya və sosiallaşma göstəricilərinə gəldikdə isə, təəssüf ki, reytinq düşüb və 2021-ci ildə ATU müvafiq olaraq 547 və 251-ci yerləri tutub. Dünya tibb müəssisələri arasında Azərbaycan Tibb Universiteti 920-ci, Şərqi Avropada 170-ci, Azərbaycanda isə 1-ci yeri tutur.
 
Universitetin əməkdaşları son iki ildə Scopusa daxil olan 32 elmi jurnalda ("Psycho-Oncology", "Medicine and Low" və s.) elmi işlərini çap etdiriblər. 
 
Beləliklə, Azərbaycan Tibb Universiteti Scimago reytinq sistemində tədqiqat göstəricilərinə görə, dünya və yerli universitetlər arasında layiqli yer tutur və hazırda bu reytinq sistemi üzrə digər göstəricilərin yaxşılaşdırılması, eləcə də ATU-nun QS World University Ranking, Times Higher Education University Ranking, World University of Academic Ranking (ARWU) reytinqlərinə daxil edilməsi istiqamətində işlər aparılır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır