Əməliyyatdan əvvəl bunu etmək qanaxmaya səbəb ola bilər - Tanınmış plastik cərrahdan VACİB məsləhətlər
13.07.2020 11:09

Tanınmış lor, plastik cərrah Sənan Mehdiyev Aztibb.az saytına müsahibəsində pasientlərin burun əməliyyatından öncə və sonra diqqətdə saxlamalı olduğu məqamlara aydınlıq gətirib.

 

- Rinoplastikadan əvvəl əsasən hansı tədbirlər görülməlidir?

 

- Təyin olunmuş gündən bir neçə ay əvvəl xəstə tam müayinədən keçir. Bütün lazım olan analizləri verir. EKQ, rentgen edir. Həkim bəzi dərmanlar təyin edir. Anesteziyadan sonra ürək bulantısı və qusmanın qarşısını almaq üçün əməliyyatdan 6-8 saat əvvəl yeməkdən imtina etmək lazımdır. Az miqdarda su içmək olar.

 

- Əməliyyatdan öncə pasientlərə nəyi etməməyi tövsiyə edirsiz?

 

- Əməliyyatdan bir müddət əvvəl dərmanların qəbulu qəti qadağandır – bu, əməliyyat zamanı qanaxmaya səbəb ola bilər. Alınan müsbət test nəticələrindən sonra həkim və xəstə rinoplastika əməliyyatı üçün gün təyin edir.

 

- Daha yaxşı nəticə əldə etmək üçün əməliyyatdan sonra xəstələr nəyə diqqət etməlidir?

 

- Əməliyyatdan sonrakı müddətdə sauna və ya hamamdan istifadə qəti qadağandır. Fiziki məşqlərdən imtina etmək lazımdır. Alınmış nəticəyə zərər verməmək üçün yalnız üzü yuxarı şəkildə yatmaq və istirahət etmək olar. Sinəsi üstə yatmaq olmaz. Ən azı 3 ay ərzində günəş qəbulu arzuolunmazdır. Burun birbaşa günəş şüalarından qorunmalıdır. Həmçinin visorlu və ya böyük papaqlar geyinmək daha yaxşıdır.

 

- Rinoplastikadan sonra xəstələrdə ağrı olurmu? Onlara hansı dərmanlar təyin edilir?

 

- İlk günlərdə xəstəyə antibakterial və ağrıkəsici dərmanlar təyin olunur. Elə geyimləri seçmək lazımdır ki, onları başdan keçirmək lazım gəlməsin. Əməliyyatdan sonra xəstəyə ağrıkəsici verilir, buna görə ağrı hiss olunmur. Yalnız güclü halsızlıq ola bilər.

 

- Rinoplastikanın həyata keçirilməsi prosesi barədə hansı vacib məlumatları verə bilərsiz?

 

- Əməliyyat çox vaxt ümumi anesteziya altında aparılır. Rinoplastikanın qapalı şəkildə keçirilməsi yaraların az görünməsinə səbəb olur. Lakin bəzi hallar mövcuddur ki, o vaxt açıq kəsiklər etmək lazım gəlir. İxtisaslı mütəxəssis hər şeyi səliqəli şəkildə edir, hətta kəsik izləri görünmür. Bəzi hallarda sümük kəsən xüsusi alətlərə müraciət edilir. Eləcə də burun çəpər əyriliyini düzəldir. Artıq dəri aradan qaldırılır. Hamısı tikilir və sarğı qoyulur. Buruna tikişlər və sarğılar tətbiq olunur. Bəzən burunu qorumaq və ödem görünüşünün qarşısını almaq üçün şinlərə müraciət edirlər.

 

- Pasientləri əsas narahat edən məsələ burunun əməliyyatdan sonrakı görünüşü ilə əlaqədardır. Bu barədə nə deyə bilərsiz?

 

- İdeal burunun dəqiq bir tərifi yoxdur. Ona görə əməliyyatdan sonra da görünüşdən narazılıq ola bilər. Rinoplastikadan sonra bir neçə ay ərzində eynək taxmaq olmaz. Çünki bu, sümüklərin birləşməsinə mənfi təsir göstərə bilər. Yeni buruna alışmaq üçün müəyyən vaxt tələb olunacaq. Hətta dərhal bəyənilməyə də bilər. Əməliyyatdan sonra səs tonu burunun tutulma səbəbiylə bir az dəyişilə bilər. Burunun zahiri görünüşü dəyişəndən sonra xəstə kompleksləri unudur, onun əhval-ruhiyyəsi yüksəlir və həyatında yeni bir mərhələ başlayır. Və ya əksinə, bəzi insanlar əməliyyatdan sonra depressiyaya düşür: burun istədikləri kimi alınmır. Panika üçün heç bir səbəb yoxdur, burun son formasını ən gec altı aydan sonra alır. Bütün bu müddət ərzində xəstə həkimin konsultasiyasına gəlməli, sümüklərin bərpa vəziyyətini izləməlidir. Hər şeyə hazır olmaq lazımdır. Hətta uzun illər təcrübəsi olan təcrübəli və ixtisaslı mütəxəssis belə yüksək keyfiyyətli və istədiyiniz nəticə üçün 100% zəmanət vermir.

 

Həkimlə əlaqə üçün vasitələr:

 

instaqram hesabı: dr_sanan_mehdiyev

 

mobil telefon: (+99450) 333 33 65 (whatsapp)

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib