Qarnında nəhəngölçülü şiş olan qız uşağı əməliyyat olundu - Mərkəzi Klinika  
15.06.2021 12:34
Mərkəzi Klnikada qarnı 7 aylıq hamilə qadının qarnı böyüklüyündə olan 13 yaşlı qız uşağı əməliyyat edilib.
 
Bu barədə Mərkəzi Klinikanın uşaq cərrahiyyəsi və urologiyası uzmanı, cərrah Fuad Hüseynov sosial şəbəkədə məlumat verib.
 
O, bildirib ki, son 1 ayda uşağın bu halı valideynlərinin diqqətini çəkib və elə həmin andan həkimə müraciət ediblər:
 
"Qarının getdikcə sürətlə böyüməsinin səbəbi sol yumurtalıqdan çıxan və bütün qarın boşluğunu dolduran nəhəngölçülü şiş idi. Şiş uşağa ciddi narahatlıqlar verirdi, rahat nəfəs ala bilmirdi, ürək döyüntüsü 130-a qədər qalxmışdı, sidik axarını sıxaraq böyrəkdə 3-cü dərəcəli genişlənməyə səbəb olmuşdu.
 
Azyaşlını bu şişdən, ağır vəziyyətdən qurtarmaq üçün cərrahi əməliyyat qərarı verdik. Təqribən çəkisi 8 kq, ölçüsü 40 sm olan şiş əməliyyatla çıxarıldı. Uşaq nəhayət şişdən azad edildi. Şişlə bərabər sol yumurtalıq və uşaqlıq boruları da çıxarıldı. Xoşbəxtlikdən, sağ yumurtalıq tam normal görünürdü.
 
Əməliyyat uğurlu keçdi, hazırda uşağın vəziyyəti yaxşıdır. Yaxın günlərdə onkoloqun təqibi altında evə yola salınacaq".
 
Həkim onu da əlavə edib ki, şişin nə qədər yayıldığını bilmək üçün sağ yumurtalıqdan, piylikdən və çanaqdan əkilməyə göndərmək üçün material götürülüb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır