Uşaqların gec danışmasının əsas SƏBƏBLƏRİ
15.06.2021 11:58

Danışmaq, ünsiyyət qurmaq sosial həyatda çox vacib rol oynayır. Səlis danışıq, aydın tələffüs hər zaman xoş qarşılanır. Nitqin formalaşması körpəlikdən - altı ayından müəyyən səslər çıxarmaq, bir yaşında sadə sözləri tələffüz etmək, yaş yarımdan isə sərbəst cümlə qurmaqla inkişaf edir. Körpələrin dil açıb danışması valideynləri tərəfindən böyük sevinclə qarşılanır. Ancaq təəssüf ki, bəzi valideynlər dil açmaq ərəfəsində olan uşaqlarının sadəcə susub baxmasını izləyirlər.

 

Bakı Sağlamlıq Mərkəzinin həkim-nevropatoloqu Sevinc Salamova bildirib ki, uşaqlarda nitq ləngiməsinin səbəbləri müxtəlif ola bilər: “Uşaq gec dil açırsa, valideyn ilk növbədə uşaq nevroloquna müraciət etməlidir. Nitqin ləngiməsi mütəxəssis tərəfindən mümkün qədər araşdırılır. Səbəblər müxtəlif ola bilər: hamiləlik dövründə anada olan hər hansı bir narahatlıq, keçirdiyi xəstəlik və infeksiyalar ana bətnində ikən körpənin inkişafına mənfi təsir göstərir. Belə ki, beyin qabığında olan qırışların sayı azalır, onların arasında olan məsafələr qısalır və bu da uşağın nitqində dominant olaraq rol oynayır. Doğuş zamanı hər hansı qansızma, kəllə-beyin travması və ya hansısa digər səbəbdən beynin sol yarımkürəsində narahatlıq yaranması bütöv şəkildə uşağın nitqinə təsir göstərir. Nəticədə uşaqlar vaxtından xeyli gec danışırlar”.

 

Onun dediyinə görə, müasir dövrdə uşaqların gec danışmasının səbəblərindən biri də onların telefon və planşetlərdən çox istifadə etməsidir: “Uşaq cizgi və digər filmlərə baxaraq, televizor və ya planşet qarşısında qalır və demək olar ki, canlı dialoq görmür, istənilən halda o, yalnız dinləyir. Belə olan halda uşağın danışıq və nitq qabiliyyəti ləngiyir. Valideynlərin uşaqlarla danışmağı və ya az ünsiyyət saxlamağı ağır xəstəliklərə, hətta autizm və mutizmə, yaxud nitqin çox geri qalmasına və bununla əlaqədar olaraq əqli inkişafının da geri qalmasına aparıb çıxara bilər”.

 

Bəzi ailələr isə uşaqlarının gec dil açmasını genetik amillərlə əlaqələndirirlər. Lakin onların danışmamasının səbəbi adətən beyində zədə, yaxud da eşitmə problemləri ilə əlaqədar olur. “Dərman preparatları ilə yanaşı həkim-loqopedin də hər uşaq üçün fərdi ağız, dil, xüsusi alətləri olur ki, onunla masaj edirlər. 20 gün davam edən həmin seanslarda daha çox səmərə əldə etmək olur. Bəzən elə hallar olur ki, həmin müalicə kursu bir az da uzanır. Nitq probleminə aparıb çıxaran patogenik səbəblərdən biri də uşaqla-valideyn arasında ünsiyyət əlaqəsinin olmaması və ya zəifliyidir. Məsələn, ana hansısa əşyanı uşağa verərkən adını soruşmur və yaxud sözlə ifadəsində ona kömək etmir, istiqamət vermir, sözünə düzəliş etmir”, -deyə həkim-nevropatoloq bildirib.

 

Problemlərin vaxtında aradan qaldırılması gələcəkdə uşaqlarda komplekslərin yaranmasının da qarşısını ala bilər. Uşaqlar dil açmağa başlayarkən rabitəsiz sözlər desələr də, onları diqqətlə dinləmək, danışmağa həvəsləndirmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev