Suprakondulyar sınıqlara daha çox hansı yaşlarda rast gəlinir? - Travmatoloq-ortoped AÇIQLADI
14.06.2021 18:04

Suprakondulyar sınıqlar uşaqlarda ən çox görülən və daha çox 5-7 yaş uşaqlarda təsadüf olunan sınıqlardır. Travmanın alınma mexanizmi birbaşa qolun üzərinə düşmə nəticəsində baş verir. Sınığın olduğu yerdə ağrı, şişkinlik, yuxarı ətrafda deformasiya, ətrafın hərəkət etdirə bilməməsi kimi əlamətlərlə özünü biruzə verir.

 

Aztibb.az xəbər verir ki, bu barədə N.Tusi adına Klinikanın travmatoloq-ortoped həkimi Türkel Hüseynov məlumat verib. 

 

"Travma alındığı nahiyədən damar-sinir elementləri keçdiyinə görə zədələnmə ehtimalı yüksəkdir. Bu səbəbdən valideynlərin dərhal həkimə müraciət etmələri tövsiyə olunur", - deyə həkim bildirib.

 

Onun sözlərinə görə, sınıq fraqmentləri düzgün müalicə olunmadıqda gələcəkdə etrafın deformasiyasına səbəb ola bilər.

 

"Müalicəsi sınıq fraqmentlərinin vəziyyətindən asılı olaraq konservativ və cərrahi yolladır. Xəstələr 3-5 həftə müddətində sağalaraq əvvəlki həyatlarına qayıda bilərlər". 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev