Qan Bankı donorluqda fəal iştirak edən qurumlara təşəkkür edib - Fotolar
14.06.2021 17:17
14 iyun - Ümumdünya Qan Donoru Günü münasibətilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin (MHTM) Qan Bankı qan donorluğunda fəal iştirak edən bir sıra vətəndaşlara və qurumlara təşəkkür edib:
 
"Qan və onun komponentlərinin köçürülməsi hər il milyonlarla insanın həyatını xilas etməyə imkan verir.
 
Azərbaycanda 1500-dən çox talassemiyalının, həyatları qandan asılı olan digər hematoloji xəstələrin və təcili əməliyyata ehtiyacı olan şəxslərin hər zaman davamlı qan təminatı zəruridir. Qanın tək mənbəyi isə sağlam və könüllü donorlardır.
 
Koronavirus pandemiyasi səbəbindən bütün dünyada olduğu kimi, Azərbaycanda da xroniki və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların həyatda qalması üçün risk yaranmışdı.
 
Pandemiya ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda yaranan bu kimi problemlərə hər zaman şəfqət, mərhəmət və humanizm kimi keyfiyyətləri öz həyat tərzinə çevirən dövlətimiz və xalqımız biganə qalmadı, qalmır.
 
Xalqımız ötən il Vətən müharibəsi zamanı hər bir sahədə olduğu kimi, qan donorluğunda birlik və bərabərlik nümayiş etdirərək qan ehtiyacı olan vətəndaşlarımızı ehityac içində buraxmadı.
 
Bu müddət ərzində bütün dəstək verən vətəndaşlarımıza, idarə və təşkilatlara dərin minnətdarlığımızı bildiririk!".
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır