Bu bitkidən hazırlanan qarışım papillomaları təmizləyir
13.06.2021 13:54
Dəmrov bitkisi xaşxaşkimilər fəsiləsinə aiddir. Onu sıxdıqda narıncı rəngdə şirə axır. Dəmrov otunun şirəsindən xalların və dəridə əmələ gələn kiçik ölçülü papillomaların müalicəsində istifadə edilir. Əsasən də kök hissəsinin şirəsinin tərkibində xalların əriməsi üçün lazım olan maddə var. Dəmrov otunun çiçək və yarpaqlarında 1,87% alkoholid olduğu halda, kökünün şirəsində 4,4% alkoholidlər var. Bu səbəbdən də kökün şirəsinin papillomalara və xallara təsiri daha güclü olur.
 
İbn Sinanın qədim əlyazmalarında dəmrov otunun faydaları barədə yazılara rast gəlinir. Bu əlyazmalarda dəmrov otu ilə balın 1:1 nisbətində qarışımının zəif odda qaynadılmasından əmələ gələn maddənin göz xəstəliklərinə çox faydası olduğu barədə yazılara rast gəlinir.
 
Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, dəmrov otunun qurusunu toz halına gətirdikdən sonra ona vazelin və lanolin əlavə edilir. Bu qarışım "plantazan" adlanır və qarışımdan dəri vərəmi, psoriaz, dəri xərçəngi və s. zamanı istifadə edilir.
 
Qarışım üçün lazım olanlar:
 
Dəmrov otu – 10 qr
Vazelin – 10 qr
Lanolin – 10 qr
Karbol turşusu – 10 damcı
 
Dəmrov otu şiş əleyhinə təsirə də malikdir. Həmçinin onun infarktdan sonra əmələ gələn çapıqları sağaltmaq qabiliyyəti var. Bu məqsədlə 1 xörək qaşığı dəmrov otu termosda 20 dəqiqə dəmlənir və gündə 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı qəbul edilir.
 
Dəridəki papillomaları təmizləmək üçün dəmrov otu, gicitkən və gülümbahar çiçəyi xırdalanır və qarışdırılır. Bir xörək qaşığı qarışım termosda 1 stəkan qaynar suda dəmlənir. Səhərlər acqarına yarım stəkan içilir.
 
Dəmrov otunun təzə sıxılmış şirəsi ilə dəridə olan kandilomaları, papillomaları, polipləri, mazolları, parodontozu təmizləmək mümkündür. Dəmrov otunun dəmləməsi qaraciyər və öd kisəsi xəstəlikləri zamanı çox faydalıdır.
 
Düz bağırsağın polipləri zamanı dəmrovotu ilə imalə eləmək poliplərin yox olmasına səbəb olur. Bunun üçün 6-7 damcı dəmrov otu şirəsinə 60 qr su əlavə edilir və imalə tətbiq olunur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev