İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri artırılıb
13.06.2021 10:34

TƏBİB-in tabeliyində olan tibb müəssisələrində bədən tərbiyəsi və idmanın təbliğinin forma və metodlarını müəyyən etmək, habelə kütləvi informasiya vasitələrində bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsində, fiziki inkişafında və sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun açıqlanmasını təmin etmək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəzifələri sırasına daxil edilib.

 

Aztibb.az-ın məlumatına görə, bununla əlaqədar Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsinə müvafiq dəyişiklik edilib.

 
Bədən tərbiyəsi və idmanla, o cümlədən idman-sağlamlıq turizmi ilə məşğul olan şəxslər üzərində tibbi nəzarəti həyata keçirmək, ehtiyat idman qüvvələrinin və idman növləri üzrə müxtəlif səviyyəli milli yığma komandaların idman yarışlarına hazırlığının tibbi təminatında iştirak etmək də Agentliyin vəzifələri sırasına əlavə olunub. Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində tabeliyindəki tibb müəssisələrinə həvalə edilən məsələləri həll etməlidir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır