ATU-nun cərrahı beynəlxalq patent alıb
12.06.2021 19:00

Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri, t.ü.f.d. Tariyel Ömərov bariatrik metabolik cərrahiyyədə növbəti uğuru ilə bir ilkə imza atıb.

 

Aztibb.az xəbər verir ki, tanınmış cərrahın mədəkiçiltmə əməliyyatlarında icad etdiyi yeni bir modifikasiyası artıq beynəlxalq aləmdə təsdiqini tapıb və o, bu yeniliyinə görə patent alıb.

 

Avrasiya Patent Təşkilatı (Euroasian Patent Organization) Tariyel Ömərova Laparoskopik Bariatrik cərrahiyyə əməliyyatları zamanı tətbiq etdiyi yeni modifikasiyanın patentini təqdim edib. Artıq bariatrik metabolik cərrahiyyənin yeni bir modifikasiyası sırf azərbaycanlı cərrahın adı ilə bağlıdır.

 

T.Ömərov bildirib ki, bu üsulun yaradılması üzərində 2013-2017-ci illərdə işləyib: "Elə 2017-ci ildə bu metodla bağlı patent alınması üçün Avrasiya Patent Təşkilatına müraciət etdik. Sevinc və qürur hissi ilə bildirmək istəyirəm ki, uzun və əziyyətli bir yoldan sonra artıq patentimizi almışıq. Qürurluyam ki, ölkəmizin Bariatrik Metabolik cərrahiyyəsi ilə bağlı beynəlxalq tibb arenasında daha bir ilk addım bizə məxsusdur".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır