Orqanizmə kifayət qədər su daxil olmayanda kökəlmə baş verir - Həkim-terapevt
12.06.2021 09:46

Mütəxəssislər deyirlər ki, suyun insan orqanizminə 50-dən çox faydası var. Gün ərzində 2 litr maye qəbul edilməsi isə vacib məsələlərdən biridir.

 

Su qanda, sümükdə və beyində optimal nəm səviyyəni saxlamağa kömək edir, onurğa və beynin fəaliyyəti üçün vacibdir. Çox su içmək oynaq ağrılarının qarşısını alır, həzm prosesini sürətləndirir, həm də qidanın qəbulunu, toksinlərin və şlakların orqanizmdən xaric olmasını təmin edir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov məlumat verib. O, deyib: “Hər səhər yuxudan oyanan kimi 1 və ya 2 stəkan, hər dəfə yeməkdən əvvəl yarım stəkan su qəbul edilməsi çox faydalıdır. Suyun qidalanmadan yarım saat əvvəl və qidalanmadan 1 saat sonra qəbul edilməsi məsləhətdir. Təəssüf ki, əksər hallarda qidadan əvvəl su qəbul edilmədiyinə görə, qidadan sonra tez susuzlaşma baş verir”.

 

Acanda çox yeməmək olar. Amma susayanda mütləq su içmək lazımdır. Əks halda bədənin həddindən artıq su itirməsi halında toxuma boşluqları, oynaqlar, böyrəklər və qaraciyərdə problemlər yarana bilər.

 

“Su qəbizlikdən əziyyət çəkənlər və həzm problemi olanlar üçün çox əhəmiyyətlidir. Orqanizmə kifayət qədər su daxil olmayanda kökəlmə baş verir, çünki orqanizmdə gedən bütün proseslərdə su böyük rol oynayır”, - deyə həkim-terapevt əlavə edib.

 

Su bütün qida, vitamin və mineralların təməlidir. Soyuq aylarda olmasa da, havanın isti keçdiyi günlərdə çoxlu su qəbul etmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev