Həkim-infeksionistdən allergik xəstəliyi olanlara mühüm TÖVSİYƏLƏR
11.06.2021 17:41

Alimlərin tədqiqatlarına əsasən, planetimizin hər yeddi adamından biri allergiya ilə qarşılaşır, başqa sözlə, gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyata malikdir. Ən çox yayılmış təsiredici amillər – qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur.

 

Bununla yanaşı, yüzlərcə digər allergen adlandırılan amillər mövcuddur ki, bunlara dəri məmulatları, heyvan yunu, kəpək, quş lələyi, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları, günəş şüası aiddir. Allergenlərin orqanizmə daxil olma yolları müxtəlifdir. Məsələn, onlar orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçirlər.

 

Məsələ ilə bağlı həkim-infeksionist Xatirə Əliyeva bunları da əlavə edib: "Bildiyimiz kimi, yaz və yay aylarında allergik xəstəliklərə daha çox rast gəlinir. Bu aylarda ağaclarda tozcuqların uçuşması ilə əlaqədar bəzi insanlar daha da həssas olur. Həssas insanlarda da allergiyanın əmələ gəlməsinə səbəb olur”.

 

Həkim allergiyanın səbəblərinin müxtəlif olduğunu vurğulayıb. Qeyd edib ki, bəzi insanlarda dərmana, bəzilərində qidaya, bəzilərində isə toza qarşı allergiyalar müşahidə olunur.

 

"Məsləhət görərdim ki, əgər allergiyanız varsa, mütləq allerqoloqa müraciət edin. İlk öncə allergiyanın dəqiq səbəbləri araşdırılsın. Daha sonra isə müalicə prosesinə başlanılsın. Müalicəni isə mütləq allerqolok həkim təyin etməlidir, - deyə, həkim əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev