Dəniz havasının uşaqlar üçün FAYDALARI - Valideynlərin diqqətinə!
11.06.2021 14:39
Dəniz havası təbii antioksidantdır. Dəniz üzərində ionlaşmış hava insan orqanlarını oksigenlə zənginləşdirir. İnsan orqanizminin oksigenlə doyması gərginliyi azaldır, iş qabiliyyətini artırır, yuxunu yaxşılaşdırır, yorğunluğu aradan qaldırır, pozitiv emosiyalar bəxş edir və insanı cavanlaşdırır.
 
Aztibb.az xəbər verir ki,  Mərkəzi Gömrük Hospitalının pediatrı Ülkər Məhərrəmova “Həkim məsləhəti” rubrikasında“ Dəniz havası uşaqlara necə təsir edir?” sualını cavablandırıb.
 
Həkimin sözlərinə görə, dəniz atmosferində olan yod qalxanabənzər vəzini stimullaşdırır və uşağın zehni qabiliyyətini yaxşılaşdırır, karbohidrat mübadiləsini normallaşdırır. Dəniz sahilindəki hava sudan buxarlanmış müxtəlif faydalı maddələr və elementlərlə zəngindir. Hər bir valideyn dəniz havasının uşaqlar üçün faydalarını bilməlidir. Dəniz kənarında gəzintilər və istirahət payız-qış aylarında uşaqların virus xəstəliklərinə qarşı müqavimətini artırmağa kömək edir:
 
"Yaxşı olar ki, yay aylarında uşaqlarınızla 3-4 həftə hər gün dəniz sahilində dincələsiniz. İlk 1-2 həftə iqlim şəraitinə uyğunlaşmaya sərf olunacaq və bundan sonra bərpa başlayacaq. Lakin günəş şüaları ilə bağlı bəzi vacib məqamları da unutmaq olmaz. Orqanizmdə D vitamini günəş şüalarının təsiri ilə sintez olunur. Uşaqlarda D vitamini çatışmazlığının raxit xəstəliyinin başlıca səbəbi olduğunu valideynlər bilir.
 
Ona görə də, günəş şüaları almaq üçün uşaqların dəniz sahilində səhər saat 11-ə qədər gəzib-əylənməsi məsləhətdir. Belə ki, günün ən qızmar vaxtında və ya uzun müddət günəş altında qaldıqda dərinin yanması, günvurma və s. kimi fəsadlar yarana bilər. Saat 11-dən sonra uşaqların kölgəlik olan yerlərdə dincəlməsi, gün batana yaxın və daha sonra yenə açıq sahildə əylənməsi tövsiyə edilir.
 
Dəniz sahilində müntəzəm gəzintilər zamanı orqanizmdə maddələr mübadiləsi sürətlənir. Dəniz havası həmişə təmiz olur, bu havada toz və allergenlər olmur. Bir sözlə, şəfa mənbəyi olan dənizin suyundan və havasından faydalanın və uşaqlarınızın immunitetini möhkəmləndirin, onların sağlam böyüməsinə şərait yaradın".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev