İngiltərədə ölümcül virus aşkarlanıb
11.06.2021 11:13

Böyük Britaniyada ölkə xaricindən gələn iki nəfərdə Meymun çiçəyi (Monkeypox) aşkarlanıb.

 

“Daily Mail” qəzeti xəbər verir ki, rəsmi səlahiyyətlilər ölkədə ölümcül virusun iki nəfərdə aşkarlandığını təsdiqləyiblər.

 

Meymun çiçəyi daha çox Mərkəzi və Qərbi Afrikada müşahidə olunur. Ancaq İngiltərə səlahiyyətliləri xəstələrin kimliyi və hansı ölkədən gəldikləri barədə məlumat verməyiblər.

 

Xəstələrin may ayının ilk həftələrindən etibarən yoluxduqları və İngiltərəyə döndükləri zaman pandemiya məhdudiyyətləri altında karantinə alındıqları açıqlanıb.

 

Ölkənin səhiyyə naziri vəziyyəti “tamamilə normal” olaraq xarakterizə edib və hər zaman bu cür epidemiyalarla qarşılaşdığını bildirib.

 

Qeyd edək ki, dəri qabarcıqlarına səbəb olan nadir tropik xəstəlik meymun, siçovul, dələ və digər kiçik məməlilərin yaydığı bir virusdan qaynaqlanır. Bununla birlikdə, elm adamları bu virusun insandan insana keçməsinin çox nadir olduğunu və bunun koronavirus qədər asanlıqla yayılmadığını bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır