Hamilə qadınlarda bu əlamətlər ANEMİYADAN xəbər verir
10.06.2021 18:31

Hamilə qadınlarda anemiya — hestasiya dövründə yaranan və onunla patogenetik əlaqədə olan hemoqlobinin səviyyəsinin azalmasıdır.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, halsızlıq, tez yorulma, başgicəllənmə, dad və iy hissiyyatının təhrifi, kardial ağrılar, əzələ zəifliyi, paresteziyalar, saç, dəri və dırnaqların dəyişməsi ilə təzahür edir. Diaqnoz qanın ümumi klinik analizi və dəmir metabolizminin laborator müayinələrinə əsasən qoyulur.

 

Hamilə qadının qanında hemoqlobin və eritrositlərin səviyyəsinin azlığı həm  bilavasitə hestasiya ilə bağlı amillərdən, həm də ona səbəb olan xəstəliklərlə əlaqədardır. Mamalıq və ginekologiya sahəsinin mütəxəsislərinin müşahidələrinə əsasən, əksər pasiyentlərdə hestasion hidremiya asan izah olunan aşağıdakı fizioloji səbəblərdən yaranır:

 

- dəmirə qarşı yüksək təlabat

- fizioloji hemodilyusiya

 

Digər risk amillərinə aşağı səviyyəli həyat tərzi, çoxsaylı doğuş,  çoxdöllü hamiləlik, doğuşlararası  qısa intervalla uzunmüddətli əmizdirmə, hazırki hamiləliyin  fəsadlaşmış gedişi (çoxsaylı qusmalarla müşayiət olunan erkən toksikoz, hestozlar) aiddir.

 

Hamilə qadınlarda anemiyanın əlamətlərinə gəlincə, yüngül dərəcə adətən gizli gedişata malik olur. Dəmirin konsentrasiyası 90 q/l-dən aşağı olduqda, hemik hipoksiyanın əlamətləri (xüsusilə anemik sindrom) və toxumalarda dəmir çatışmazlığı (sideropenik sindrom) nəzərə çarpır. 

 

Oksigen aclığından ümumi halsızlıq, başgicəllənmələr, qulaqda küy, prekardial sahədə diskomfort və ağrı, ürək ritmlərinin artması, fiziki iş zamanı təngnəfəslik əlamətləri müşahidə olunur. Selikli qişalar və dəri solğunlaşır. Qadın əsəbi, nervoz, dağınıq fikirli olur, yaddaşı zəifləyir, iştahı pisləşir.

 

Hamilələrin əksəriyyətində aşkar olunan hemoqlobinin azalması ilə müşahidə olunan yüngül dərəcəli anemiyalar ana və dölün həyatı üçün heç bir təhlükə törətmir. Xəstəliyin mülayim və ağır formalarının vaxtında korreksiyası qan göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olur, ağırlaşmaların inkişafının qarşısını alır. 

 

Hemoqlobin səviyyəsi azalmış hamilələrdə müalicənin əsas vəzifəsi dəmir çatışmamazlığının korreksiyası, hipoksiya əlamətlərinin aradan qaldırılması, hemodinamika və metabolizmin stabilizasiyasından ibarətdir.  Müalicə zamanı dəmir tərkibli preparatlar, fol turşusu, sianokobalamin təyin olunur, göstərişlərdən asılı olaraq, hipoksiya əleyhinə kompleks terapiya aparılır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev