Uşaqlarda post-koronavirus iltihab sindromu – MIS-C
09.06.2021 15:02

Koronavirusdan sonra ortaya çıxan MIS-C xəstəliyi sürətlə yayılır. MIS-C xəstəliyi koronavirusa yoluxmuş uşaqlarda olur və sağlamlıqları  üçün risk yaradır.

 

Aztibb.az xəbər verir ki, sindrom koronavirusa yoluxmadan sonra dörd həftə ərzində inkişaf edə bilər. Xəstəlik əsasən 2-15 yaş arası uşaqlarda rast gəlinir.

 

MIS-C xəstəliyi nədir?

 

Bu xəstəlik immunitet sisteminin pozulmasının yeni bir formasıdır. Çox sistemli iltihab sindromu (MIS-C) uşaqlarda ürək, ağciyər, böyrək, beyin, dəri, göz və mədə-bağırsaq orqanları da daxil olmaqla müxtəlif bədən hissələrinin iltihablanmasına səbəb olur. MIS-C olan uşaqlarda hərarət, qarın ağrısı, qusma, ishal, boyun ağrısı və ya son dərəcə yorğun olmaq kimi müxtəlif simptomlar müşahidə edilir. MIS-C hətta ölümcül də ola bilər, lakin bu xəstəlik diaqnozu qoyulan uşaqların əksəriyyəti tibbi yardımla sağalır.

 

Xəstəlik çox yeni olduğundan simptomlar uşaqdan-uşağa dəyişə bilər. Diqqət yetirilməli olan ən vacib məqam isə davamlı qızdırmanın olmasıdır. MIS-C həm də gözlərin qızarması, dilin, əl və ayaqların şişməsi, dodaqların çatlaması, dəridə suluqlanma və digər xüsusiyyətlərlə bilinir. Bundan başqa, COVID-19-da olduğu kimi davamlı öskürək və nəfəs darlığı halları da ola bilər.

 

Uşaqlarda MIS-C sindromuna səbəb olan nədir? 

 

MIS-C-nin səbəbi hələ tam öyrənilməyib. Bəzi tədqiqatçılar MIS-C-nin koronavirusa qarşı gecikmiş immunitet reaksiyasından qaynaqlandığını deyirlər. İmmunitet reaksiyasına səbəb isə uşaqların virusa qarşı yaratdığı antitellərin də olması mümkündür. Eyni zamanda genetik faktorların da rolu qaçılmazdır.  

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır