Səkkizinci koronavirus növü – İtlər təhlükə mənbəyidir
28.05.2021 10:41

Son həftələrdə elm adamları tərəfindən aparılan araşdırmalar nəticəsində ilk dəfə 2017-2018-ci illər arasında rast gəlinən və sətəlcəmə səbəb olan yeni koronavirus növünün aşkarlandığı açıqlanıb.

 

Aztibb.az xəbər verir ki, tədqiqatçılar bu virusun insana itlərdən keçdiyini bildiriblər.

 

“Yeni kəşf edilmiş bu virus növü patogen (xəstəlik yaradan) kimi təsdiqlənəcəyi təqdirdə, COVID-19-dan sonra 8-ci koronavirus növü kimi tibb ədəbiyyatına düşəcək” , – tədqiqat qrupu açıqlayıb.

 

Araşdırma aparan elm adamları Malayziyanın bir əyalətində 301 xəstədən götürülmüş nümunələri tədqiq ediblər. Nəticələrə əsasən 5 yaşınadək uşaqlarda itlərdə görülən koronavirus növü aşkarlanıb.

 

Virus genetik xüsusiyyətlərinə görə pişiklərdə və donuzlarda rast gəlinən növlərə bənzəsə də, ancaq köpəklərdə olan, CCoV-HuPn-2018 adlı yeni bir koronavirus tipi kimi qeydə alınıb. Mütəxəssislər bu yeni virusun heyvanlardan insana keçən yeni bir koronavirus növü olduğunu, lakin insandan insana yoluxma imkanlarını müəyyənləşdirmək üçün daha çox tədqiqatlara ehtiyac duyulduğunu vurğulayıblar.

 

Tədqiqatın nəticələri bir həftə öncə “Clinical Enfectious Diseases Journal” akademik tibbi jurnalında dərc edilib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub