Alzheimer xəstəliyi üçün çoxdan gözlənilən dərman təsdiqləndi
08.06.2021 20:01

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) alzheimer xəstəliyinin müalicəsində istifadə üçün 2003-cü ildən bəri hazırlanan dərmanı təsdiqləyib. Buna qədər alimlər mövzu ilə əlaqədar bir açıqlamada dərmanın təsirinə dair kifayət qədər dəlilin olmadığını söyləmişdilər.

 

Aztibb.az xəbər verir ki, FDA-nın açıqlamasına görə Massaçusetsdə yerləşən Biogen biotexnologiya şirkəti tərəfindən təkmilləşdirilən “Adukanumab” adlı dərman xəstəliyin erkən mərhələlərdə istifadəsi üçün təsdiqlənib.

 

Sözügedən dərman Alzheimerin erkən mərhələlərdə inkişafına mane olur. Mütəxəssislər dərmanın məqsədinin simptomları aradan qaldırmaqdan daha çox xəstəliyin inkişafını səngitmək olduğunu vurğulayıblar.

 

Beləliklə, FDA 2003-cü ildən bəri ilk dəfə bir alzheimer dərmanının istifadəsini uyğun bilib. Xəbər elmi ictimaiyyətdə müzakirələrə səbəb olub.

 

Hələ ötən il dərmanın təsdiqi üçün şirkətin müraciətini araşdıran elm adamları hesabatlarında dərmanın müalicədə təsirli ola biləcəyinə dair  kifayət qədər dəlilin olmamasını bildirmişdilər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır