Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar 12 təlim mərkəzində kurs təşkil edilib
31.05.2021 14:15

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) texniki dəstəyi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən, UNICEF-in Azərbaycan nümayəndəliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən ölkəmizdə həyata keçirilən “Proact Təlim” proqram yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı profilaktik və cavab tədbirləri üzrə səhiyyə işçilərinin potensialını, bilik və bacarıqlarını artırmaq məqsədi daşıyır. Proqram çərçivəsində Türkiyədən olan mütəxəssislərin iştirakı və dəstəyi ilə Bakı, Gəncə, Mingəçevir, Şəki, Quba, Göyçay, Şirvan və Biləsuvarda təşkil edilən 12 təlim mərkəzində 32 həkim-təlimçi qrupu tərəfindən kurslar aparılır.

 

Aztibb.az xəbər verir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosentləri Mətanət Qaraxanova və Təranə İbadovanın apardığı təlimlərə həkimlər, tibb bacıları və əczaçılar cəlb olunurlar.

 

Kurslarda ÜST-ün COVID-19 ilə bağlı məlumatlarına dair nəzəri təqdimatlarla yanaşı, praktiki məşğələlərə də yer ayrılır. İndiyədək institutun əməkdaşları tərəfindən aparılan 27 kursda 188 həkim və tibb bacısı iştirak edib. Təlim iştirakçıları əldə etdikləri bilik və bacarıqların maraqlı və faydalı olduğunu bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər