Kuba COVID-19 əleyhinə vaksinin klinik sınaqlarına başlayacaq
20.08.2020 09:36

Kuba SARS-CoV-2 koronavirus əleyhinə vaksininin klinik sınaqlarına gələn həftə başlayacaq. Sınaqlar 2021-ci ilin əvvəllərinə kimi davam edəcək.

 

Aztibb.az Kuba klinik sınaqların ictimai registrinin məlumatına istinadla bildirir ki, Dövlət Vaksin İnstitutu tərəfindən hazırlanmış vaksin SOBERANA 01 adlanacaq və əzələdaxili yeridilərək iki dozada tətbiq ediləcək.

 

19-80 yaş intervalına aid 676 nəfərin iştirak edəcəyi klinik sınaqlar iki mərhələdə keçiriləcək, onlardan birincisi 24 avqust bazar ertəsi günü başlayacaq.

 

Dövlət mərkəzi vaksin tədqiqatının başa çatmasını 11 yanvar 2021-ci il tarixinə təyin edib, tədqiqatın nəticələri fevralın 1-də açıqlanacaq və həmin ayın 15-də dərc ediləcək.

 

Kuba böyük biotexnologiya və əczaçılıq sənayesinə malikdir, bu da öz növbəsində ona meningit, ağciyər xərçəngi (terapevtik) və digər xəstəliklər əleyhinə vaksinləri hazırlamağa imkan verir.

 

COVID-19 ilə əlaqədar yeni vaksinin klinik sınaqlarının elan edilməsi əsasən Havana və ətraf rayonlarda xəstəliyin bəzi yayılma hallarının mövcud olduğu vaxt - virusun nəzarət altına alındığı güman edildiyindən sonra baş verir.

 

Kubada yoluxanların sayı - 3408, ölənlərin sayı isə – 88 nəfər təşkil edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır