İsveçdə yeni doğulmuş körpənin koronavirusa yoluxması aşkar edilib
19.08.2020 17:23

İsveçdə yeni doğulmuş körpənin koronavirusa yoluxması aşkar edilib.

Aztibb.az İsveçdə çıxan “Dagens Medicin” tibb jurnalında dərc edilmiş materiala istinadla xəbər verir ki, yeni doğulmuş körpənin COVID-19 virusuna ana bətnində yoluxması ehtimal edilir. İsveçdə ilk dəfədir ki, doğuşdan dərhal sonra körpənin yeni koronavirusa yoluxması aşkar edilib.

Hazırda həmin körpə İsveçin cənubundakı Malmö şəhərinin universitet xəstəxanasında müalicə olunur. Xəstəxananın uşaq cərrahiyyəsi və neonatal yardım şöbəsinin rəhbəri Elizavbet Olxater “Dagens Medicin” tibb jurnalına müsahibəsində bildirib ki, uşağın ana bətnində yoluxması ehtimal edilir. Bu körpənin anası hələ doğuşdan əvvəl koronavirusa yoluxmuşdu, lakin körpədə COVID-19-a yoluxmuş balaca uşaqlar üçün səciyyəvi olan öskürək və qızdırma kimi əlamətlərin heç biri yox idi.

Bu, beynəlxalq praktikada da nadir hadisədir. Hamiləlik dövründə körpələrin COVID-19-a yoluxması ilə bağlı cəmi bir neçə hadisə qeydə alınıb. Britaniyalı müəlliflərin apardığı araşdırmanın nəticələri iyul ayında “Lancet Child & Adolescent Health” jurnalında dərc edilib. Bu araşdırmanın gedişində COVID-19-a yoluxması təsdiqlənmiş 116 hamilə qadın üzərində müşahidə aparılıb və hamiləlik dövründə onların heç birinin xəstəliyi uşağa keçməyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır