Hamilə qadınlar COVID-19 xəstəliyinə qarşı peyvənd vurdura bilərmi? - Ginekoloq AÇIQLADI
18.05.2021 16:22

Gələcəyin anaları hamilə qadınlar da risk qrupuna daxil olan insanlardır. Hamiləlik COVID19-un ağır nəticələrinin inkişaf riskini yüksəldir. Dünyanın bir çox ölklərində hamilə qadınlar vaksinasiya olunur. Məsələn, ABŞ-da, Böyük Britaniyada, İsraildə, Belçikada və digər inkişaf etmiş ölkələrdə belə hesab edirlər ki, vaksinasiya hamilə qadınlara nəinki zərər vermir, hətta əksinə vacibdir.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Nərmin Muradova bildirib. 

"Vaksinin hamilə qadınlara heç bir təhlükəsi yoxdur və effektli olur. Burada söhbət inaktiv vaksindən gedir. İcazələr olduqdan sonra ola bilsin ki, hamilə qadınlara da vaksin vurulacaq. Koronavirus pandemiyası ilə bağlı hamilə qadınlar COVID-19 xəstəliyindən qorunmaq üçün xüsusilə diqqətli olmalı və tələb olunan maska və əlcəklərdən istifadə, ara məsafə saxlanması kimi qaydalara ciddi riayət etməlidirlər", - deyə həkim vurğulayıb.



O, əlavə edib ki, hamilə qadınlar bu xəstəliyi digərlərindən daha ağır keçirmirlər. Əsas simptomlar bunlar ola bilər: öskürək, qızdırma, təngənəfəslik, baş ağrısı və iybilmə hissinin itməsi. Bu əlamətlər yüngül və orta ağır formada özünü göstərir. Onlar koronavirusa yoluxduqda müalicə alır və tez bir vaxtda sağalırlar. Bu xəstəliyin körpələrə keçməsi faktı hələ ki, qeydə alınmayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər