Mikroplastik ilk dəfə olaraq insan toxumalarında aşkar edilib
19.08.2020 16:39

Arizona Dövlət Universitetinin mütəxəssisləri insan orqanlarında mikro və nanoplastik hissəciklərini aşkar etməyə imkan verən texnologiyanı hazırlayıblar. Metodikalarını yoxlamaq məqsədilə onlar neyrodegenerativ xəstəliklərin öyrənilməsi üçün yaradılan toxumalar bankından ağciyər, qaraciyər, dalaq və böyrək toxumalarının 47 nümunəsini götürüblər.


Aztibb.az nat-geo.ru saytına istinadla bildirir ki, yoxlamaların nəticəsi mikroplastikin hər bir nümunədə aşkar edilə biləcəyini göstərib.


Tədqiqatları Amerika Kimya Cəmiyyətinin iclasında təqdim ediləcək alimlər bildirdilər ki, onların üsulu digər tədqiqatçılara bütün dünya üzrə insan orqanlarının çirklənməsi səviyyəsini müəyyən etməyə imkan verəcək.

Tədqiqatın həmmüəllifi Rolf Halden isə söyləyib: “Plastikin bizdən başqa hər yerdə olduğunu ehtimal etmək sadəlövhlük olardı. Hazırda bizə və digər alimlərə görünməz olanları axtarmağa imkan verən tədqiqat platformasını təqdim edirik – bu hissəciklər adi gözlə aşkar edilməsi üçün çox kiçikdir. Sağlamlıq riski həqiqətən də kiçik hissəciklərdən ibarətdir”.

Hazırlanan analitik üsul içkilər üçün plastik qablarda istifadə edilən polietilentereftalat (PET) və plastik paketlərdə istifadə edilən polietilen də daxil olmaqla, tədqiqatçılara plastikin onlarca növünü müəyyənləşdirməyə imkan verir.

 

Tədqiqatçılar, həmçinin 47 nümunənin hamısında plastmasın istehsalı üçün istifadə edilən bisfenol A kimyəvi maddəsini aşkar ediblər.

Tədqiqatın həmmüəllifi Varun Kelkar əlavə olaraq deyib: “Bizim panika yaratmaq fikrimiz yoxdur, lakin hər yerdə mövcud olan bioloji cəhətdən parçalanmayan bu cür materialların insan toxumalarına nüfuz edə və yığıla bilməsi bizi narahat edir və biz bunun sağlamlıq üçün ehtimal edilən nəticələr barədə heç nə bilmirik”.

Kelkarın sözlərinə görə, insan sağlamlığının qiymətləndirilməsi üçün epidemioloji tədqiqatlar hələ irəlidədir. Alimlər insan sağlamlığı üçün potensial risklərin mövcudluğu təqdirdə bu barədə öyrənməyə ümid edirlər.

Mikroplastik ən azı 5 mm diametri olan hissəciklər hesab edilir, nanoplastik isə ən azı 0,001 mm diametrə malikdir. Hər ikisi əsasən ətraf mühitə tullanan böyük plastik parçaların aşılanması nəticəsində əmələ gəlir. Vəhşi təbiətdə və laborator şəraitdə heyvanlar üzrə aparılan tədqiqatlar kiçik plastiklərin təsirini sonsuzluq, iltihab və xərçənglə əlaqələndirirlər.

 

Komanda tərəfindən plastik parçaların toxumalardan çıxarılması və onların təhlili üçün hazırlanan yeni metodologiya digər tədqiqatçıların standart şəkildə öz nəticələri barədə məlumat verə bilməsi məqsədilə internetdə yerləşdiriləcək.

Halden, həmçinin bildirib: “Bu ümumi resurs plastik hissəciklərin zaman çərçivəsində və coğrafi məkanda orqanlara və insan qruplarına təsirini müqayisə edə bilmək üçün onların təsiri barədə məlumat bazasını yaratmağa kömək edəcək”.

Bundan əvvəlki tədqiqatlar göstərib ki, insanlar ildə ən azı 50 000 plastik hissəciyi ağız boşluğu və nəfəs borusu ilə qəbul edirlər.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub