ATU-da "Mübariz" filminin nümayişi olub
16.05.2024 09:19

 

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən ölkə kinoteatrlarında böyük marağa səbəb olan “Mübariz” filminin nümayişi təşkil olunub.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, filmin universitetdə baş tutan nümayişində iştirak etməsi üçün 200 tələbəyə hədiyyə biletlər verilib. Komitənin nümayəndəsi çıxışında bildirib ki, vətənpərvərlik ruhlu bu cür filmlərin tələbələr tərəfindən böyük maraqla qarşılanması gənclərimizin tərbiyəsi baxımından təqdirəlayiq haldır.

 

Filmi ərsəyə gətirənlər tədbirin təşkilinə görə təşkilatçılara təşəkkürlərini bildirib.

 

Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra filmin nümayişi keçirilib.

 

Vətənpərvərlik ruhunda tədbirlər ATU THİK tərəfindən bundan sonra da davamlı təşkil olunacaq.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib