Mayın 16-sı QİÇS Qurbanlarının Ümumdünya Xatirə Günüdür
16.05.2021 09:05

Hər il mayın üçüncü bazar günü dünyada QİÇS-dən vəfat edənlər xatırlanır. Bu, ictimaiyyətinin diqqətini QİÇS xəstələri və İİV infeksiyası daşıyıcılarının problemlərinə cəlb etmək, həmçinin dünyada bu problemin yayılmasının qarşısını almaq məqsədilə keçirilir. Bu gün HİV virusunun yayılmasına qarşı insanlara xəbərdarlıq etmək və onları bu təhlükədən uzaq olmağa çağırmaq məqsədilə mühazirələr oxunur, maarifləndirici, xatirə və xeyriyyə tədbirlərinin keçirilməsi təşkil edilir.

 

Aztibb.az xəbər verir ki, QİÇS Qurbanlarının Ümumdünya Xatirə Günü ilk dəfə 1983-cü ildə Amerikanın San-Fransisko şəhərində qeyd edilib. Bir neçə il sonra həmin xəstəliyə qarşı hərəkatın simvolu yaranıb. 1991-ci ildə rəssam Frenk Mur bu xəstəlik səbəbindən həyatdan gedənlərin xatirəsinə geyimə sancaqlanmış qırmızı lent, yaxud müxtəlif rəngli parçalardan yığılmış xüsusi nişan vurmağı təklif edib. Problemə biganə olmayanlar QİÇS Qurbanlarının Dünya Xatirə Günü hazırlanmış nişanları yaxalarına taxırlar.

 

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada immun çatmazlığı virusuna yoluxanların sayı hər gün 14–15 min nəfər artır. İmmun çatmazlığı virusuna yoluxanların əksəriyyəti 30 yaşınadək olan gənclərdir. Son 25 il ərzində təxminən 25 milyon nəfər QİÇS xəstəliyindən vəfat edib.

 

QİÇS-lə xəstələnənlərin təxminən üçdə ikisi Afrikada yaşayır. Bəzi alimlərin fikrincə, “qara qitədə” hər üç nəfərdən biri immun çatmazlığı virusuna yoluxub. Hətta elə ölkələr var ki, əhalisinin 90 faizindən çoxu həmin virusun daşıyıcısıdır.

 

Həkimlərin qənaətinə əsasən, QİÇS ilk dəfə Afrikada meydana çıxıb. Onun yaşıl meymunlardan insana yoluxduğu güman edilir. QİÇS haqqında ilk məlumatlar ötən əsrin 80-ci illərində aşkara çıxmağa başlayıb və sonralar onu “XX əsrin vəbası” adlandırıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır