Mərkəzi Klinika Ambulatoriyasında peyvəndləmə məntəqəsi yaradılıb
06.05.2021 09:49
COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün respublikamızda həyata keçirilən vaksinasiya prosesində dövlət tibb müəssisələrində mövcud olan sıxlığın qarşısının alınması, prosesin daha da sürətləndirilməsi üçün 05.05.2021-ci il tarixindən etibarən vətəndaşlara xidmət üçün Mərkəzi Klinika Ambulatoriyasında peyvəndləmə məntəqəsi yaradılıb.
 
Aztibb.az xəbər verir ki, tibb məntəqəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən müəyyənləşdirilmiş qaydada iş şəraiti və tibbi təchizatla təmin edilib. Xəstələrin qəbulu ciddi növbəlilik əsasında və yeni növ koronavirusdan qorunma (tibbi maska, sosial məsafə və dezinfeksiya) qaydalarına əməl edilməklə həyata keçirilir.
 
Peyvəndləmə "AstraZeneca" vaksini ilə ödənişsiz əsaslarla və 60 yaşı tamam olmuş Azərbaycan vətəndaşları üçün könüllü şəkildə həyata keçirilir.
 
Əlaqə nömrəsi: (+994 12) 492 10 92 (daxili 85-15)
 
Məsul şəxs: Natavan Muradova
 
Ünvan: Bakı şəh.,  Zərifə Əliyeva küçəsi, 5
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır