Min bir dərdin dərmanı gicitkən çayı RESEPTİ
27.04.2021 14:27

Bağlarda alaq otu kimi yetişən və çoxumuzun uzaq gəzdiyi gicitkən bitkisini hamı tanıyır. Onun nə qədər faydalı olduğu isə çoxlarına məlumdur. Tərkibində çoxlu vitaminlər, zülal, mikroelementlər, fosfor, kalium, dəmir mövcuddur. Aprel-may ayları gicitkənin bol bitdiyi mövsümdür.

 

Aztibb.az gicitkən bitkisindən hazırlanan min bir dərdin dərmanı çay reseptini təqdim edir.

 

Bu çay vasitəsilə bir çox xəstəlikləri müalicə etmək mümkündür. Gicitkən süd verən analarda süd ifrazını artırır, menstrual tsikli tənzimləyir, qan damarlarını qüvvətləndirir və qanı təmizləyir.

 

Bundan əlavə, bu çayı qaraciyər patologiyaları zamanı, mədə-bağırsaq traktı və tənəffüs sisteminin xəstəliklərində də təyin edirlər.

 

Gicitkən çayı aşağıdakı hallarda qəbul edilə bilər:

 

•podaqra;

•öd kisəsi xəstəlikləri;

•qaraciyər xəstəlikləri;

•revmatizm zamanı.

 

Əlbəttə, bu bitki xeyirli xüsusiyyətləri ilə yanaşı, bir sıra mənfi xüsusiyyətlərə də malikdir.

 

Belə ki, həddən artıq qəbul edildikdə qanı qatılaşdırır. Bu isə baş beynin qan damarlarında problem olan insanlarda, varikoz xəstələrində əks göstəriş hesab edilir.

 

Bundan əlavə, aşağıdakı hallarda gicitkən çayının qəbulu məsləhət deyil:

 

•qanaxmalar zamanı;

•qanın qatılılığı yüksək olarsa;

•böyrək xəstəlikləri zamanı.

 

Gicitkən çayının hazırlanması:

 

Qazana bir qədər su və gicitkən tökərək qaynadın. Daha sonra otaq temperaturuna qədər soyudaraq süzün. Yarım saat saxladıqdan sonra gündə 3 dəfə olmaqla yeməkdən 15 dəqiqə əvvəl yarım stəkan için.

 

Gicitkən çayını yaşıl çay və itburnu ilə birlikdə də hazırlaya bilərsiniz. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev