Bu dərman COVID-19-a yoluxanların ağırlaşma riskini 90 faiz azaldır - TƏDQİQAT  
13.04.2021 12:06

COVID-19 infeksiyası ilə bağlı aparılan daha bir kliniki elmi tədqiqat işi başa çatıb.

 

Bu barədə Aztibb.az-a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib.

 

Onun sözlərinə görə, yeni tədqiqat artıq nüfuzlu "The Lancet" jurnalında dərc edilib. Kliniki elmi tədqiqatda astma xəstələrində istifadə edilən Budesonid inhalyasiyasının COVID-19 xəstələrinə pozitiv təsirlərindən bəhs olunur.

 

N.Abdullayev qeyd edib ki, Budesonid ilə 7 gün (gün ərzində 2 dəfə) müalicə alanlarda aşağıdakı nəticələr alınıb:

 

- Budesonid almayanlarla müqayisədə ümumi müalicənin vaxtı azalıb;

 

- Budesonid almayan kontrol qrupla müqayisədə Budesonid alanların temperaturu daha az davam edib;

 

- İki həftədən sonra onların qalıcı simptomları daha az olub və buna görə də "Long COVID" simptomlarının da qarşısını ala biləcəyi düşünülür;

 

- Budesonid alan xəstələr temperatur salıcı dərmanlardan çox qısa müddət istifadə ediblər;

 

- Budesonidin qəbulu xəstəxanaya düşmə riskini təxminən 90%-ə qədər azaldır. Bu fakt dərmanın simptomlar başlayandan sonrakı 3 gün ərzində qəbulu zamanı təsdiq olunub;

 

- Dərmanın yüngül yan təsirlərinə isə çox az rast gəlinib, təxminən 7%-ə qədər.

 

“Budesonidin gündə iki dəfə inqalyasiya şəklində qəbulu xəstəxanada ciddi tibbi müdaxilə riskini azaldır və sağalmağa qədər olan zamanı qısaldır. Bütün bunlar onu deməyə əsas verir ki, artıq COVID-19 müalicəsində bu dərman elmi əsaslı tətbiq edilə bilər”, - N.Abdullayev bildirib.

 

O, əlavə edib ki, Budesonid spreyinin xəstələrdə tətbiqi və kliniki tədqiqatla təsdiqi bu dərmanın astma xəstələrində istifadə zamanı onların COVID-19-u yüngül keçirməsindən sonra başlanılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır