Xərçəng dərmanının koronavirusla mübarizədə inanılmaz EFFEKTİVLİYİ - ARAŞDIRMA
09.04.2021 13:40

Kimyəvi terapiya müalicələrində istifadə edilən "Topotecan" adlı dərmanın koronavirusun müalicəsində effektiv olduğu müəyyən olunub.

 

Aztibb.az Mediamagazin.com.tr-yə istinadən xəbər verir ki, bu barədə Sinqapur Milli Universiteti və ABŞ-ın New York şəhərindəki İkan Tibb məktəbi tərəfindən tədqiqat aparılıb.

 

Araşdırma nəticəsində məlum olub ki, xərçəng dərmanı COVID-19 müalicəsində faydalıdır və ölüm səviyyəsini azaldır.

 

Tədqiqatı aparan həkimlərdən biri Anand Jeyasekharan bildirib ki, xərçəngin müalicəsində istifadə edilən "Topotecan" dərmanı koronavirsun müalicəsində daha az dozada istifadə olunmalıdır.

 

"25 ildir xərçəng müalicəsində istifadə olunan "Topotecan"ın hər cür təsir və yan təsirləri məlumdur. Bundan əlavə, o, asanlıqla əldə edilə bilinir və ucuzdur".

 

A.Jeyasekharan bu araşdırmanın Sinqapur Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqatlar Şurası (NMRC) və Milli Tədqiqat Fondu (NRF) tərəfindən dəstəkləndiyini bildirib.

 

""Topotecan"ın effektivliyi ilə bağlı daha geniş formatda tədqiqat aparmaq üçün Hindistanın Vellore şəhərindəki Xristian Tibb Kolleci ilə əməkdaşlıq edirik", - deyə həkim qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər